Menu

"Makron öz əli ilə Ərdoğana məktub yazıb" - “Dəyərli Tayyib...”

15.01.2021, 19:25
"Makron öz əli ilə Ərdoğana məktub yazıb" - “Dəyərli Tayyib...”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Pakistan səfərindən qayıdarkən təyyarədə maraqlı açıqlamalar verib.

“Sabah” qəzetinin verdiyi məlumata görə, XİN rəhbəri bildirib ki, Fransa prezidenti E.Makron əl yazısı ilə Türkiyə prezidenti R.T.Ərdoğana məktub yazıb.

“İki gün öncə Makronun məktubunu aldıq. Məktub “Dəyərli Tayyib” sözlərilə başlayır və çox səmimi bir tərzdə yazılıb. Məktubda Fransa prezidenti iki ölkə arasındakı münasibətləri inkişaf etdirmək niyyətini ifadə edib. Bununla yanaşı, Makron Ərdoğanla görüşmək istədiyini qeyd edib. Prezidentimiz də görüşə razılıq verib. Əlbəttə ki, söhbət hələ ki, videokonfrans formatında görüşdən gedir”, - deyə Çavuşoğlu bildirib.urğulayıb.

Şərhlər

Cəmşid Dərələyəzli 2021-01-16 10:11:44

Həyatda aqillər həmişə səhvini etiraf edəni bağışlamışlar. Sayın Eroğana da bundan sonra onu qebul etmək yakışır. Bu həm d Türkün böyüklüyüdür.

t.ədalət 2021-01-15 19:39:15

Uğurlar Türkiyə!Uğurlar Sayınb Ərdoğan!Sizin uğurlarınız bizim də uğurlarımızdır!

Xalq 2021-01-15 19:35:11

videokonfransda müzakirə olunacaq məsələlərdən biri və birincisinin mövzusunun Qarabağ olacağını təxmin etmək mümkündür!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol