Menu

Sarkozi yenidən korrupsiya qalmaqalının mərkəzində

16.01.2021, 00:20
Sarkozi yenidən korrupsiya qalmaqalının mərkəzində

Fransanın sabiq prezidenti Nikola Sarkoziyə qarşı korrupsiya ittihamı də əlavə edə bilərlər. Maliyyə cinayətlərini araşdıran prokurorluq bəyan edib ki, o, rusiyalı sığortaçıların tərəfində lobbiçiliklə məşğul olmaqda şübhəli bilinir.

Eks-dövlət başçısı «təsir ticarəti» məsələsində də şübhəli bilinir («AFR»).

Qeyd olunur ki, «Mediapat»dan olan araşdırmaçı-jurnalistlər öyrəniblər ki, 2010-cu ildə Sarkozi «PEKO-Qarantiya» ilə konsaltinq kontraktı bağlayıb. Sövdə bir neçə illiyə hesablanıb. Onun əsasında Sarkoziyə 3 milyon avro hesablanıb və o, artıq ödənişi də alıb, amma hansı məbləğin ödənildiyi bildirilmir.

Eyni zamanda, əgər hüquq-mühafizə tərəfi müəyyən etsə ki, eks-prezident qadağan olunmuş lobbiçiliklə yox, qanun çərçivəsində konsaltinq fəaliyyəti ilə məşğul olub, o zaman ona qaşı iddialar geri götürüləcək.

Sarkozini həm də həbs hədələyir - əgər sübut olunsa ki, onun seçki kampaniyasında liviyalı diktator Müəmmər Qəddafi də iştirak edib. Məlumdur ki, Qəddafini Sarkozinin Liviyaya göndərdiyi casus güllələyib.

Bu da Fransa demokratiyası…

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol