Ermənistan Müdafiə Nazirliyi yanvarın 15-də təkzib edib ki, İrəvanın supermarketlərinin birində guya Azərbaycan hərbçilərinin alış-veriş etmələri barədə respublika KİV-nin və sosial şəbəkənin erməni seqmentinin yaydığı xəbər həqiqətə uyğun deyil. Bu barədə ermənilərin «vəkili» Rusiya KİV-i xəbər veriblər.
«Yayılmış fotoda İran silahlı qüvvələrinin nümayəndə heyətinin üzvləri olub. Onlar İrəvana işgüzar səfər çərçivəsində gəliblər və təbii ki, digər hallarda olduğu kimi, onları Ermənistan hərbi polisinin əməkdaşları müşayiət ediblər» - idarədən aydınlıq gətiriblər.
Bundan əvvəl erməni Teleqram-kanalları, onların ardınca isə ayrı-ayrı KİV-lər bu fotonu yayaraq, yazıblar ki, şəkildəkilər Azərbaycan hərbçiləridir və erməni xüsusi xidmət əməkdaşlarının müşayiəti ilə İrəvanın supermarketlərinin birində alış-veriş edirlər. Bu olay erməni cəmiyyətinin necə bir qorxu içində «sayıqladığından» xəbər verir.
AzPolitika.info


Şərhlər
İran hökumətini mudaklıqlarına görə Azərbaycana düşmən olan ölkələrə yaxınlıq edirlər?Amma,indi bu "mudaklıq" heç bir işə yaramır.Yanımızda Türkiyə dayandıqca İran kimi bir fars ölkəsinə nə ehtiyacımız oila bilər ki?