Menu

"Azərbaycanda vurulacaq “CoronaVac” vaksini 91.25 faiz effektivdir" - Səhiyyə Nazirliyi

16.01.2021, 12:04
"Azərbaycanda vurulacaq “CoronaVac” vaksini 91.25 faiz effektivdir" - Səhiyyə Nazirliyi

“Hazırda dünyada 7 vaksin 3-cü fazanı keçib”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib.

T. Musayev deyib ki, vaksinlər adətən, iki mərhələdə vurulur: “Azərbaycan COVAX platformasında iştirak edir, eyni zamanda vaksinlərin əldə edilməsi üçün ikitərəfli razılaşmalarda iştirak edir. Azərbaycan COVAX platforması çərçivəsində “Sinovac” şirkətinin 2 milyon doza “CoronaVac” vaksini alacaq. Eyni zamanda “Sinovac” şirkəti ilə danışıqlar aparılır. Ümumilikdə “Sinovac” şirkətinə 4 milyon doza vaksin sifariş edilib. Vaksinlər əvvəlcə Türkiyəyə, orada müəyyən laborator mərhələlərdən keçdikdən sonra Azərbaycana gətiriləcək. “Sinovac” şirkətinin “CoronaVac” vaksini 91.25 faiz effektivdir. Bu vaksin qoruyucudur”.

Şərhlər

Xəstə 2021-01-16 22:54:49

bir icra hakiminin var-dövləti əlindən alınsa Alman ya ingilis vaksini ilə xslqı təmin etmək olar

gk 2021-01-16 18:16:36

Sinovac vaksini Braziliyada yoxlanıb,effektliliyi 50.5%-dir.Məmurlar zəhmət çəkib özlərinə və uşaqlarına vursunlar,millət artıq yoluxub,sağalıb,təbii immunitet qazanıb.

Davud Rəhimov 2021-01-16 14:41:35

Məgər ölkədə səhiyyə Nazirliyi var? Bir ildir adları çəkilmir.Harada idilər?Yoxsa TƏBİB-i millətə soxuşdirib gizlənmişdilər.O da ki, dövjət puluna alınan avadanlıqları özəlləşdirib,testlərdən milyonlar qazandı.Sanki bunu heç kim grmədi.Bəli,belə məmləkətdə yaşayırıq............

Mehdi 2021-01-16 14:11:52

Cox yaxsi, özunuzə vurdurun,95 faiz.

X 2021-01-16 13:20:27

Sehiye Nazirliyinin bele seylerden basi cixir?

miri 2021-01-16 12:43:46

Bu vaksikinin effektliyi haqqındakı 91.25 faiz məlumat Türkiyənin aralıq analizinə əsasən verilib. Əslində isə böyük sınaqlar Braziliya və bir digər ölkədə keçrilib. Nəticələr isə biri də 55 dən aşağı, digərinde isə 65 faizdən asagidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol