“AZƏRBAYCAN TÜRKİYƏ İLƏ BİRLİKDƏ HƏRƏKƏT ETMƏLİDİR” – Çavuşoğlunun dediklərinə Bakıdan reaksiyalar

Türkiyə Dağlıq Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətindən narazıdır. Xarici İşlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında Ankarada sual doğuran məqamları açıqlayıb. Nazir bildirib ki, ilk növbədə Qarabağdakı Rusiya sülhməramlılarının statusuna dair anlaşmanın imzalanması vacibdir.

Çavuşoğlu bölgədəki rus hərbçilərinin sayının anlaşmada əks olunduğundan çox olması barədə Azərbaycandan bir şikayət gəlmədiyini qeyd edib: "Əsas məsələ Rusiya sülhməramlılarının Laçın dəhlizindən keçidlərə icazə vermək roludur. Halbuki bunun üçün Azərbaycandan da icazə alınmalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hansısa status-kvo təyin olunsa belə, yenə Azərbaycan sərhədləri daxilində olacaq. Ona görə də, Rusiya rəsmilərilə görüşdə Azərbaycandan icazəsiz bunların edilməməli olduğunu bildirdik. “Siz sülhməramlı olaraq varsınız, kimlərin gedib-gələcəyi barədə qərar verməyin məsuliyyəti sizdə deyil” dedik”.

Beləliklə, Türkiyənin Xarici İşlər naziri Azərbaycanda da çox ciddi müzakirə olunan bu məsələ ilə bağlı iki vacib məqama diqqət çəkib:

1. Rusiya sülhməramlılarının statusu və onların fəaliyyət dairəsi.

2. Azərbaycanın Laçın dəhlizinə və dövlət sərhədlərinə nəzarət etməsi.

Rus hərbçilərinin bölgədəki erməni separatçıları ilə sıx əməkdaşlığı, erməni hərbçilərinin ərazilərdən çıxarılmaması, Azərbaycanın Laçın dəhlizindən sərbəst istifadə edə bilməməsi və sərhədlərdə gömrük, sərhəd xidmətinin fəaliyyət göstərməməsi, erməni rəsmilərinin Xankəndinə ard-arda səfərləri Azərbaycanın suverenliyini təhdid edir. 

Azərbaycan Prezidenti İlham Əliyev hökumətin iclasında sülhməramlıların fəaliyyətinə irad bildirib, amma Azərbaycanın bəzi siyasi və humanitar səbəblərdən bu fəaliyyətə "göz yumduğunu" vurğulayıb.

Türkiyənin ən yüksək səviyyədə problemləri gündəmə gətirməsi yeni situasiya yaradır. Bəzi ekspertlər Ankaranın israrlı mövqeyini strateji müttəfiq olaraq Azərbaycanın maraqlarının müdafiəsi ilə bərabər ciddi geopolitik səbəblərdən qaynaqlandığını bildirilər. 

Məlumdur ki, indiyə qədər Türkiyə və Rusiya müxtəlif regionlarda bir qayda olaraq öz aralarında rəqabət aparıb, sonda ikitərəfli kompromislərə gedə bilirdilər. Bu, ona görə mümkün olurdu ki, Türkiyə Rusiyaya qarşı ancaq öz milli maraqları baxımından yanaşırdı və Rusiya ilə razılaşmalarla həm də Qərbdən gələn təzyiqləri neytrallaşdırmağa çalışırdı. Amma indi Türkiyə Rusiya qarşısında təkcə özünün deyil, müttəfiqlərinin maraqlarını təmsil etmək və Kremlin Putinin imperia iddialarını cilovlamaq missiyasını daşıyır.

Görünən odur ki, Türkiyə Rusiyanın Qarabağda birtərəfli hərbi nəzarət qurmasını və Cənubi Qafqaz üzərində hegemonluğa sahib olmasını qəbul etmək niyyətində deyil. Bu, həm də Türkiyənin ənənəvi müttəfiqi Qərbin mövqeyi sayıla bilər. Ehtimal etmək olar ki, maraq toqquşmalarının böyüməsi Moskva və Ankara arasında ziddiyətləri artıra bilər.

Bəs Azərbaycan Türkiyə Xarici İşlər nazirinin qaldırdığı məsələlərin həlli istiqamətində hansı addımları atmalıdır?

Politoloq Elxan Şahinoğlu "AzPolitika.info"-ya bildirib ki, Mövlud Çavuşoğlu Dağlıq Qarabağla bağlı az qala hər gün Azərbaycan üçün vacib açıqlama səsləndirir: "Biz rusiyalı hərbçilərin bölgədəki fəaliyyətindən narazıyıq. Cəmiyyətdə sualların sayı azalmır, belə rəylər var ki, əgər 10 noyabr sazişinə görə sülhməramlılar 5 il müddətinə bölgədə olacaqlarsa, elə etməliyik ki, bu müddət uzanmasın, ən azı bitdikdən sonra onlar Azərbaycan ərazilərini tərk etsinlər: Bu, Azərbaycanın təhlükəszilik maraqlarına uyğundur və Türkiyə də bu mövzunu gündəmə gətirir və dəstəkləyir".

Politoloq Çavuşoğlunun "Laçın dəhlizində rusiya hərbçilərinin varlığı o demək deyil ki, sərhədlər nəzarətsiz qalmalıdır" fikrinə diqqət çəkib: "Dövlət başçısı İlham Əliyev də onların fəaliyyətindən narahat olduğunu bildirdi ki, bölgəyə kimlər gəlib-getdiyi bilinmir. Bu yaxınlarda Fransadan bir heyət gəlmişdi, eyni zamanda Ermənistan rəsmiləri də də tez-tez Xankəndinə səfərlər edirlər. Beləliklə, buna şərait yaradan sülhməramlılar səlahiyyətlərini aşırlar".

Elxan Şahinoğlu Bakıldan Çavuşoğlunun dediklərinə dəstək açıqlamaları səsləndirilməsini vacib sayır: "Amma təəssüf ki, biz XİN-dən və nazirdən bu barədə açıqlama eşitmədik. Halbuki Çavuşoğlunun danışıqları Azərbaycan üçün vacibdir. Onu dediklərini əslində XİN yetkililəri ifadə etməlidirlər. Mövlud Çavuşoğlu daima Azərbaycan üçün vacib açıqlamalar səsləndirir ki, ardınca azərbaycanlı həmkarının təsdiqi gəlsin. Ceyhun Bayramov isə türkiyəli həmkarının sürəti ilə ayaqlaşa bilmir".

ADP sədri Sərdar Cəlaloğlu "AzPolitika.info"-ya bildirib ki, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun bəyanatı mövcud problemləri əks etdirir: "Doğrudan da Rusiya sülhməramlıları Dağlıq Qarabağda mandatdankənar fəaliyyətlə məşğuldurlar və Azərbaycanın suverenliyini pozurlar. Nazirin dediyi kimi, onların bəlli bir statusu olmalıdır və indi məşğul olduqları bir çox məsələlər Azərbaycan tərəfindən həyata keçirilməlidir. Laçın dəhlizində Azərbaycan ordusunun və gömrük, sərhəd qoşunlarının yerləşdirilməsi, giriş-çıxışa nəzarət olunması vacibdir".

Sərdar Cəlaloğlu bildirir ki, Çavuşoğlu bu açıqlamanı səsləndirərkən Rusiya tərəfinə xəbərdarlıq edib. "Monitorinq Mərkəzinin qurulmasından sonra bu fəaliyyətlərin Azərbaycanın suverenliyi daxilində həyata keçirilməsinə çalışacağını ortaya qoyub".

Azərbaycan bu istiqamətdə nə edə bilər?

Bu suala cavabında S. Cəlaloğlu Azərbaycanın öz müttəfiqi ilə birgə hərəkət etməli olduğunu vurğulayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Cırttdan 2021-01-19 13:07:10

maraqlıdır, bəs Hikmət Hacıyev niyə sükut edir, niyə baş verənlərə reaksiya vermir? ...

Baloğlan 2021-01-19 12:13:31

Burada kadrlar Idaresinin adı çəkilir ve onun yartımazlığı yazılır, deyilenler doğrudur. Amma Kadrlarin reisi Ramona müəllim də birbaşa, təkrar edirəm, birbaşa və şəxsən nazir Ceyhun Bayramova tabedir. Ceyhun Bayramov isə sükut edir.

Yakub Cemil 2021-01-18 23:36:34

Bu günlərdə Xin-də rotasiya mıqsıdilə imtahan keçirildi, amma bu imtahandan daha çox məzhəkəyə, ya da elə sirkə bənzəyirdi. Təsəvvür edin, imtahan keçirilir, amma nəticələri gizli saxlanılır. Axı imtahan elə imtahan edilən şəxsin bilik səviyyəsini müəyyən etmək üçün vasitədir. Bunu gizli saxalmağın bir mənası varmı? Əgər nəticələr iştirakçılardan gizli saxlanılırsa, onda kimin hnası bilik səviyyəsini necə bilmək olar? Suallar-suallar... Adı olub, özü olmayan bir inspeksiya da varmışş.. İki əməkdaşı varmı... Bir sözlə, Xariciyyə bakanlığının sərgüzəştllərini saymaqla bitməz...

.EJDER 2021-01-18 18:41:49

AYE ,OQRU NAZIR ,MEMURLAR NIYE CEZALANDIRILMIR,HIYY

Qurd 2021-01-18 11:52:19

Müharibə zamanı bütün Avropa Azərbaycanı təhdid edir, ermənipərəst mövqe sərgiləyir, əməli şəkildə Ermənistan respublikasını dəstəkləyirdilər. Bu nəyin göstəricisi ola bilərdi? Bu XİN Mərkəzi Aparatının aidiyyəti strukturlarının və Avropadakı nümayəndəliklərimizin yarıtmaz fəaloyyətinin gösətricisidir. Bunun üçün ciddi dəlillər mövcuddur. Artıq müharibə bitdi, amma köhnə yarıtmaz və... heyət hələ də iş başındadır, tazə nazir isə sükut etməkdə davam edir. İndi isə Sizlərə sual edirəm: bəs bu nəyin gösətricisidir?

XİN-dən salamlarla 2021-01-17 22:40:28

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi islaholunmaz və idarəolunmaz, xalqın və hökumətin nəzarətindən qaça bilmiş, Azərbaycan Hökumətinin bdcəsindən maliyyələşən, amma ona xidmət etməyən rejimdir. Burada səsini çıxarını birdəfəlik susdururlar, demokratik idaəretmədən, ədalətdən və vətənpərvərlikdən söhbət belə gedə bilməz. Bunun üçün Xİn-in tərkibinə və son illərdə buradakı rejim ətrafındakı skandaaları xatırlamaq kifayətdir. Məmmədyarov aysberqin görünən hissəsi idi, aysberqin görünməyən hissəsi hələ də iş başındadır, onlar gecələr yatıb yuxularında Kremlin ayaqyolusunu xəyal edirlər, bəli-bəli məhz belə də demək lazımdır. Burada hələdə əməkdaşlar rusca danışırlar, təzadlı olsa da, onların təhlükəsizliyini bizim təhlükəsizlik orqanları təmin edirlər, onlar rus, erməni və ya iranpərəstlərdən daha çox vətənpərvər əməkdaşlara divan tutmaq üzrə ixtisaslaşırlar. Elə Məmmədyarovun uzun illər hakimiyyətdə qalmasında onların xüsusi rolu olmuşdur. Bax belə. Cəsarətiniz çatsa, bu kommenti senzurasız-filansız dərc edərsiniz, əgər cəsarətiniz yetərli deyilsə, güzgünün qarşısına keçib özünüzə tamaşa etmənizi xahiş edirik.

Cefer Memmedov 2021-01-17 22:11:40

Müdafiə Nazirliyinin mətbuat xidmətinin "zirək" katibi , TÜRK ordusunun Azərbaycanda baza yaratması barədə yayılan xəbərləri "operativ" şəkildə təkzib etməsindən sonra, Xarici İşlər Nazirliyin dilinin tutulmasından daha "təbii" nə ola bilər. Ən azından Çavuşoğlunu təkzib etməmələrinə " şükr" etməliyik. "İrəlləyiş" var.....

Eli 2021-01-17 21:22:37

Hörmetli nazirin XİN rehberi kimi fealiyyetini cemiyyet hiss etmir Elmar bey bundan aktiv idi düzdü onu dindirendw “xoda” düşürdü”başlayırdı” qızıl xırdalamağa indi se hörmetli müellim gerek ki xoda düşsün bü da xoddanmur ki ,xoddanmır ay qardaş Tehdili inkişaf etdirdin Sağ ol müharibe vextı sesin çıxmadı Hikmet Hacıyev danışdı senin evezine xoddan da ay Nazir bes ne vaxt danışassınız Siz bizim bundan da vacib meqamımjz olacaq

PROBLEMIN HELLI VAR !!! 2021-01-17 18:21:34

...AZƏRBAYCAN MUSTEQIL BIR DOVLET OLARAQ, OZ TEHLUKESIZLIYINI TAM TEMIN ETMEK UCHUN, RESMI HERBI MUQAVILE IMZALAYA BILER Turkiye, Pakistan olkeleri ile ve PROBLEMLER TEZLIKLE HELLINI TAPAR ve Azerbaycan hokumeti , XALQIN ETIMADINI QAZANA BILER .

Veteran 2021-01-17 15:20:41

Tamamilə doğrudur.İndi 30 il əvvəlki dövr deyil. Rusiyaya xidmət edən daxili zir-zibillər onların güclü olduğunu təbliğ edib xalqən gözunə kül üfürürlər,lakin yaxşıca da cavablarınaşqa zamandır.Həm rus kücüklərini,həm də erməni dığalarını azərbaycandakı agentləri ilə birlikdə onların axırına çıxacağıq.İNŞALLAH lap az qalıb. ı n mət xidmət edən çoxlu sayda 5-ci kolonun zibilləri rusiyanın gücünü təbliğ edirlər. Amma t

XİN islah edilməlidir 2021-01-17 13:15:25

Hörmətli redaksiya, davamlı olaraq qeyd edilən mövzuya toxunmağınız təqdirəlayiq haldır, bu həm də Sizin səmimi vətənpərvərliyinin göstəricisidir. Tənqidlərinizdə tamamilə haqlısınız. Böyük Vətən müharibəsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin yarıtmaz və destruktiv təşkilat olduğunu bir daha sübut etdi. Təsəvvür edin ki, müharibənin qızğın çağında diplomatiya və informasiya cəbhəsinin önündə getməli olan səfirliklərdə və Mərkəzi aparatda ştatlarla kompelktləşdirmə başa çatmamışdı. Nümayəndəliklərdə 150-dən çox ştat boş qalmışdı, mərkəzi Aparatın bütün idarələrində işçi qüvvəsi kəskin çatışmazlığı hiss edildirdi, buna baxmayaraq, yüzdən çox əməkdaş sərəncamda saxlanılsa da, onlardan heç biri əsas-filan gətirlmədən iş başına buraxılmadı, bu rüsvayçı durum bu gün də davam edir. Özünüz deyin, müaribə vaxt buna nə ad vermək olard? Kadrlar İdarəsində heç nə dəyişməyib, hər şey Məmmədyarovun dövründə necə idisə, elə indi də elə qalıb. Yeni təyin edilmiş rəis Raman Məmmədov və və müavini Fuad yalnız görüntü yaradırlar, ..., XİN-in Kadrlar idarəsində rusiyapərəstlərlə yanaşı iranpərəstlərin də kök salınması da ayrıca araşdırılmalıdır. Hörmətli redaksiya, AR XİN-ə ictimai təzyiq davam etdirilməli və qurumun şəffaf fəaliyyəti təmin edilməlidir, əsalı təmizlənmələr həyata keçirilməli, Məmmədyarovun müavinləri, idarə rəisləri və səfirlərin əksəriyyəti vəzifə səlahiyyətlərdən sui-istifadə və amansız korrupsiya əməllərinə görə mühakimə edilməlidirlər. ...

t.ədalət 2021-01-17 10:45:25

Azərbaycan təcili rus dilini və rus məktəblərini ölkə ərazisiundə yasaqlamalıdır.Radio və televizorlarda gedən yaltaqlıq simvolu olan rusca verilişlərə son verməyin vaxtıdır.Rusiyanın və rus ordusunun Azərbaycandakı nümayəndəliyi--Respublika veteran təşkilatının fəaliyyəti dayandırılmalı,ölkə büdcəsindən təşkilata ayrılan maliyyə vəsaiti Qarabağda erməni-rus hərbiçilərinin yaraladığı hərbiçilərimizin müalicəsinə sərf edilməlidir.Rusiyanın Azərbaycandakı casus dəstəsinin--"beşinci kolonun" üzvləri DTX tərəfindən zərərsizləşdirilməlidir.Ərazilərimizə Rusiya tərəfindən atılan raketlər haqqında dünya məlumatlandırılmalıdır.Biz susduqca,Rusiya belimizə çıxacaq.Parlamentdəki rus və erməni yönlü deputatlar,məsələn Zahid Oruc kimilər faş edilməlidir.

Son yazılar