Ötən gün Vaşinqtona səfər edən İsrail Baş naziri Benyamin Netanyahu Hizbullaha hücum ilə gündəmə gələn peycerlərdən birini ABŞ Prezidenti Donald Trampa hədiyyə edib.
“AzPolitika” xəbər verir ki, Tramp hədiyyəni böyük əməliyyatın parçası hesab etdiyini deyib.
“Bu, böyük bir əməliyyat idi”, - deyə Tramp bildirib.
Xatırladaq ki, 17 sentyabr 2024-cü ildə İsrail Livandakı Hizbullah peycerlərinə əvvəllər yerləşdirilmiş partlayıcıları eyni vaxtda işə salaraq böyük bir əməliyyat keçirmişdi. Peycerlərin partlaması nəticəsində təxminən 3000 Hizbullah üzvü yaralanmış, onlarla insan həyatını itirmişdi.
İsrail rəsmi olaraq bu hücumla bağlı məsuliyyəti öz üzərinə götürməmişdi.
“AzPolitika.info”


Şərhlər