Menu

Ötən il Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib

18.01.2021, 19:04
Ötən il Azərbaycanda 254 kriminal qrup zərərsizləşdirilib

2020-ci ildə həyata keçirilən operativ tədbirlər nəticəsində 254 kriminal qrup zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov kollegiya iclasında deyib.

O bildirib ki, odlu silah saxlayan və daşıyan 161 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qanunsuz dövriyyədən 1 ton 873 kq narkotik vasitə çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol