QARABAĞ DİRÇƏLİŞ FONDUNUN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ MÜƏYYƏNLƏŞDİ - Prezident fərman imzaladı

Prezident İlham Əliyev "Qarabağ Dirçəliş Fondunun fəaliyyətinin təmin edilməsi haqqında" fərman imzalayıb.

Sənədə əsasən, “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi” və “Qarabağ Dirçəliş Fondunun strukturu” təsdiq edilib.

Qarabağ Dirçəliş Fondunun strukturu müəyyənləşib.

Fondun strukturu Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli Fərmanı ilə təsdiq edilib.

Fərmana əsasən, Qarabağ Dirçəliş Fondunun strukturu aşağıdakı kimidir:

1. Qarabağ Dirçəliş Fondunun Aparatı.

2. Qarabağ Dirçəliş Fondunun filialları və nümayəndəliklə

Müəyyən edilib ki, Qarabağ Dirçəliş Fondunun nizamnamə fondu 1 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşdırılır.

Fond əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiqləməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Yeni yaradılan Qarabağ Dirçəliş Fondunun fəaliyyət istiqamətləri müəyyənləşib.

Bu, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş Qarabağ Dirçəliş Fondunun Nizamnaməsində yer alıb.

Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:

1. müvafiq sahənin inkişafını təmin etmək;

2. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

3. müvafiq sahədə aidiyyəti dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək, təkliflərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

4. işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf işinin həyata keçirilməsinə maliyyə dəstəyi göstərmək;

5. işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və dayanıqlı inkişafı üçün sərmayələrin cəlb olunması, habelə bu istiqamətdə fəaliyyətin effektiv təşkili məqsədilə təbliğat-təşviqat və maarifləndirmə işi aparmaq;

6. işğaldan azad edilmiş ərazilərdə bərpa, yenidənqurma və dayanıqlı inkişaf məqsədlərinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində təmin edilməsi istiqamətində işləri təşviq etmək;

7. bu Nizamnamə ilə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar