Bu gün 4 aylıq fasilədən sonra İrəvanın ümumi yurisdiksiya məhkəməsində Ermənistanın ikinci prezidenti Robert Köçəryan və digərlərinin məhkəməsi davam etdirilib.
Xatırladaq ki, buna qədər məhkəmənin sonsonuncu iclası 22 sentyabrda keçirilib. Müharibə başladıqdan sonra məhkəmə istintaqına fasilə verilib.
"AzPolitika.info" xəbər verir ki, birinci Qarabağ müharibəsinin iştirakçıları olan müttəhimlər Baş nazir N.Paşinyana müraciət etdikdən sonra onlar müvəqqəti azad edilərək, döyüş bölgəsinə göndəriliblər. Bu gün keçirilən məhkəmədə tibbi ekspertizasının keçirilməsi üçün Serob Qriqoriyanın verdiyi vəsatətə baxılmamış saxlanılıb.
Xatırladaq ki, R. Köçəryan ölkənin konstitusiya quruluşunu devirməkdə günahlandırılır. 1 Mart 2008-ci ildə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz edən müxalifət tərəfdarlarına atəş açılması nətiəsində 11 nəfər öldürülüb, xeyli sayda nümayişçi yaralanmışdı.
Nikol Paşinyan da həbs edilərək bir neçə ilini türmədə keçirməyə məhkum edilmişdi. Həmin seçkidə prezident Robert Köçəryanın dəstəyi ilə Serj Sərkisyan qalib elan olunaraq Ermənistanın prezidenti postunu ələ keçirib.
"AzPolitika.info"


Şərhlər
Əslində Koçariyan və Sarksyan azərbaycanda Azərbaycan qanunları ilə mühakimə olunmalıdırlar. odur ki İnterpol vasitəsi ilə azərbaycan onları tələb etməlidirlər. Onların əlləri çox insanların qanına batıb. Koçaryan və onun seperatçı komandası 32 ildir Azərbaycan və Ermənistanı qarşı-qarşıya qoyarəq on mnlərlə insanın fəlakətinə səbbəb olublar. Onlar beynəlxalq canidirlər.