Menu

Rakitiç futbolçularımızı ələ saldı: "Müdafiədə pis deyillər..."

14.10.2014, 13:37
Rakitiç futbolçularımızı ələ saldı: "Müdafiədə pis deyillər..."

AÇ-2016-nın seçmə mərhələ oyununda millimizi 6:0 hesabı ilə darmadağın edən Xorvatiyanın ulduz futbolçusu İvan Rakitiç görüş haqda danışıb.

"Barselona"da forma geyinən yarımmüdafiəçi 6:0-lıq nəticənin Xorvatiyanın gücünü əks etdirdiyini düşünür: "Azərbaycan təhlükəli rəqib ola bilər, onlar müdafiədə elə də pis oynamırlar. 6:0-lıq hesab rəqibin zəif olmasının yox, bizim güclü olmağımızın göstəricisidir. Əsas budur ki, yığmamız oyundan-oyuna daha da güclənir.

Biz Fransada keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq üçün mübarizə aparırıq. Üç oyuna 9 xal qazanmışıq ki, belə uğurlu start ancaq arzulana bilərdi. Bizim üçün ən vacib oyun İtaliyaya qarşı keçirəcəyimiz matç olacaq. Həmin oyunda qrupun lideriylə bağlı suala aydınlıq gələcək".

Rakitiçin "müdafiədə pis oynamırlar" deməsi əslində Azərbaycan yığmasını dolamaqdır. Bir oyunda 6 qol buraxmaq həmin komandada müdafiənin yerli-dibli olmaması anlamına gəlir. Futbolun elementar qaydalarına görə... (komanda.az).

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol