"İki ölkənin ortaq maraqları və problemləri var” – Marşal Mücahid Anvar Xan

"İki ölkənin yalnız ortaq mədəniyyət və inancı deyil, eyni maraqları və problemləri də var”.

“AzPolitika.info” “Geo News” agentliyinə istinadla vəbər verir ki, bunu Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələri (HHQ) komandanı, aviasiya marşalı Mücahid Anvar Xan Türkiyəyə dördgünlük səfəri çərçivəsində Ədalət Müdafiəçiləri Dərnəyi və Strateji Araşdırmalar Mərkəzi (ASSAM) İdarə Heyətinin üzvləri ilə görüşdə deyib.

Aviasiya rəisi Pakistanın Kipr və digər regional məsələlərdə Türkiyəni tam dəstəklədiyini, terrorizmə qarşı mübarizədə Ankaranın yanında olduğunu deyib. O, həmçinin 30 ilə yaxın işğal altında olan ərazilərini azad etmək üçün Azərbaycanın Ermənistanla müharibəsi zamanı Türkiyənin Azərbaycana verdiyi dəstəyi də yüksək qiymətləndirib.

Cənubi Asiyadakı regional vəziyyətə toxunan aviasiya marşalı Kəşmirdə vəziyyətin getdikcə pisləşməsini və bunun beynəlxalq ictimaiyyət üçün böyük bir sual işarəsi olduğunu qeyd edib. O, iqtisadi maraqların əxlaqi və etik dəyərlərdən önə keçdiyini, bunun təəssüf doğurduğunu vurğulayıb. Mücahid Anvar Xan müxtəlif beynəlxalq forumlarda Kəşmir məsələsində Pakistanı dəstəklədiyi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, Xarici İşlər naziri Mövlud Çavuşoğluna və parlament sədrinə təşəkkür edib. Pakistan və Türkiyə arasında müdafiə sahəsində əməkdaşlığa toxunan M.Ə.Xan, iki müdafiə sənayesi arasındakı əlaqələrin getdikcə genişləndiyini vurğulayıb, ikitərəfli əməkdaşlığı nümunəvi adlandırıb.

Pakistan Hərbi Hava Qüvvələri komandanı hərbi əməkdaşlığın iqtisadi əməkdaşlıq üzərində qurulmalı olduğuna işarə edərək, ortaq layihələr, təlimlər, istehsal, təlim və texnologiya mübadiləsinin iki ölkə arasında əməkdaşlığın aparıcı sahələri olduğunu bildirib. Bundan əlavə, o, müasir çağırışların və ortaq maraqların öhdəsindən gəlmək üçün hər iki ölkənin müdafiə əməkdaşlığını daha da gücləndirmələrinin lazım olduğunu vurğulayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar