Qalınlığı 15 mikrondan çox polietilen paketlər alıcılara pulla təqdim olunacaq

“Çox nazik, 15 mikrona qədər polietilen torbaların istifadəsinə qadağa qoyulub”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə “Ekspert saatı”nda deyib.

O bildirib ki, polietilen paketlərin alıcılara pulla təqdim olunması ilə bağlı müvafiq sənəd hazırlanır. Bu sənəd aidiyyəti qurumlarla razılaşdırılaraq təqdim olunub: “Düşünürəm ki, yaxın zamanda 15 mikrona qədər olan polietilen torbaların qadağası ilə yanaşı, 15 mikrondan çox olan polietilendən hazırlanmış paketlərin də pullu olması öz həllini tapacaq. Polietilen tullantıların ətraf mühitə təsirlərini azaltmağa nail ola biləcəyik”.

635x100

Şərhlər

Eşidilib Görünməzlər 2021-01-20 06:37:34

Azərbaycanda çox az sayda məmur heç mafiyaya qoşulmayıb, ciddi səylə öz işi ilə məşğul olur. Belələrindən bəzisinə vedrə tuturlar, ya da birbaşa torba tikirlər? Bu yalaqlıq dəbidir?

Xalx 2021-01-19 18:14:55

Polietilen qalın olanda zərəri olmur? Bilmirlər nə işlə məşğul olsunlar...

Son yazılar