Donald Tramp vida müraciəti ilə çıxış edib

ABŞ Prezidenti Donald Tramp xalqa vida müraciəti ilə çıxış edib. “Report” xəbər verir ki, Tramp müraciətində Amerikanın böyüklüyünə etibarı itirməyin təhlükəli olduğunu elan edib.

ABŞ rəhbəri “Biz təhlükəsizliyin təmin olunmasında və Amerikanın çiçəklənməsində yeni administrasiya üçün dua edirik”, - deyə əlavə edib. Ağ Ev rəhbəri bildirib ki, onun komandası hakimiyyətə hansı məqsədlər uğrunda gəlmişdisə, onları və bundan daha çoxunu edib.

Vaşinqton administrasiyasının hazırkı rəhbərinin sözlərinə görə, o, ABŞ hakimiyyətinin xalq qarşısındakı məsuliyyətini bərpa edib.

Bununla yanaşı, Amerikanın ölkənin daxilində və hüdudları xaricində gücü bərpa olunub.

Tramp qeyd edib ki, ABŞ-ın başqa ölkələrlə ittifaqını bərpa edib və Birləşmiş Ştatlar Çinə qarşı əvvəllər heç vaxt olmayan səviyyədə dayanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar