ERMƏNİ ŞOUMENDƏN RƏZİL DAVRANIŞ... – “Azərsun” şirkəti təlxək Martirosyana yerini göstərməlidir + FOTO

Ermənilər nə qədər özlərini sülhsevər, mehriban və s. xalq kimi təqdim etməyə çalışsalar da, öz xəbis mahiyyətlərini, daxillərindəki xüsusilə də Azərbaycana, azərbaycanlılara qarşı kin-küdurəti, nifrəti pərdələyə bilmirlər.

“AzPolitika.info” xəbər verir ki, ötən gün tanınmış rusiyalı teleaparıcı, aktrisa, Sankt-Peterburqun mərhum meri Anatoli Sobçakın qızı Kseniya Sobçak öz sosial şəbəkə səhifəsində erməni şoumen Qarik Martirosyanla bağlı maraqlı paylaşım edib. Ermənistan mətbuatı isə bu paylaşımı həvəslə tirajlayıb.

Söhbət Q.Martirosyanın münsiflər heyətinə daxil olduğu “Maska” şousundan gedir. Qeyd edək ki, bu şounun baş sponsoru “Azərçay”-dır. Və münsiflər heyətinin üzvləri bu Azərbaycan markasını reklam etməyə borcludurlar, çünki onların şouda iştiraka görə aldıqları qonararda “Azərçay”-ın böyük payı var.

Lakin K.Sobçak qeyd edir ki, Q.Martirosyan münsiflər heyətinin digər üzvləri – Valeriya, Filip Kirkorov, Todorenko və Rodriqezdən fərqli olaraq, “Azərçay”-ı reklam etməkdən boyun qaçırır. Səbəbsə təbii ki, bu markanın Azərbaycana aid olmasıdır.

Bu mənzərəni paylaşdığı foto ilə əks etdirən Sobçak yazır ki, şounun gedişində münsiflər qarşılarına qoyulmuş və üzərində “Azərçay” yazılmış çay fincanından çay içir və bununla da sözügüdən məhsulu reklam edirlər: “Martirosyan isə ya çaydan imtina edir, ya da onu masa üzərində elə qoyur ki, “Azərçay” sözü oxunmasın.”

Göründüyü kimi, bununla da “misilsiz patriotizm” göstərdiyini düşünən, əslində isə düşdüyü rəzil durumu gizlədə bilməyən bu təlxək hesab edir ki, bu yolla Azərbaycandan “qisas alır”.

Məlum məsələdir ki, Azərbaycanın çörəyini yeyib, sonra ona qarşı xainlik etmək ermənilərin “tarixi adət-ənənəsidir”. 

Ona görə də Martirosyanı başa düşmək olar və xəstə təxəyyüllü təbliğat mühitində böyümüş bir erməni üçün bu davranış qeyri-adi deyil.

Ancaq bu mənzərəni yəqin ki, “Azərçay” markasının sahibi olan “Azərsun” şirkəti də görməmiş deyil. Hər halda, bu şirkət Rusiyanın NTV kanalındakı məlum şouya ödədiyi külli miqdarda reklam pulundan Q.Martirosyana da pay düşdüyünü yaxşı bilir.

“Azərçay”-ın şounun münsiflər heyətinin tərkibinə təsir imkanlarının nə dərəcədə olduğunu bilmirik. Ancaq onu bilirik ki, bu Azərbaycan şirkəti baş sponsor kimi prinsipiallıq göstərərək, həmin verilişdə kimliyindən asılı olmayaraq, hər kəsin reklam şərtlərinə riayət etməsini, ya da müqavilənin ləğvini tələb edə bilər.

Və o zaman Martirosyan kimi təlxək aldığı pulun müqabilində canı çıxıb Azərbaycan məhsulunu reklam edər, ya da rədd olub verilişdən gedər. Çünki bunlar təzyiq, güc, qapaz dilindən başqa bir dil anlamırlar...

CƏLAL

“AzPolitika.info”

635x100

Şərhlər

Veteran 2021-01-21 10:21:06

Əgər pulunu biz veririksə nədən Azərbaycanı həmin verilişdə təbliğ edən bir şou əhli tapılmadımı?Bəs bir belə dırnaqarası xalq-əməkdar hoqqabazları nə işlə məşğuldurlar?Polad Bülbül hara baxır?

RT 2021-01-21 06:15:09

Azersun ) un bashcisi kimdi ?

t.ədalət 2021-01-20 18:43:10

....Azərbasycanın qida sənayesini əlinə alan,dövlətə vergi ödəyib-ödəmədiyini heç kimin bilmədiyi həmin Koozlın milləyə vurduğu yaralar çox dərindir.....

Ədalət 2021-01-20 15:19:47

Cəlal bəy Bakıda neçə min martirosyanlar yaşayır və haralarda işləyirlər bunu bilsəniz bu moskvadakı itin zurnanın son dəliyi olduğunu görərsiniz. Yenə də çoxsağolun ki, işıqlandırırsınız.

Son yazılar