21 DÖVLƏT ŞİRKƏTİ ÖZƏLLƏŞDİRİLƏCƏK? - Mikayıl Cabbarov hökumətin planlarını açıqladı

İqtisadiyyat naziri Mikayıl Cabbarov nufuzlu “Bloomberg” Agentliyinə müsahibə verib.

Nazir bildirib ki, Azərbaycan iqtisadiyyatı bu il COVİD-19 pandemiyasının yaratdığı tənəzzüldən və qonşu Ermənistanın işğal etdiyi ərazilərə nəzarəti bərpa etdikdən sonra yenidən canlanır. M.Cabbarov 2020-ci ilə nisbətdə ümumi daxili məhsulun 4.3 faiz artacağının proqnozlaşdırıldığını qeyd edib. "2021-ci ilə dair gözləntilərimiz Beynəlxalq Valyuta Fondu və Dünya Bankının proqnozlarından daha nikbindir", - deyə nazir əlavə edib.

Xatırladaq ki, Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının 1,9 faiz böyüyəcəyini, BVF isə 2 faiz genişlənəcəyini proqnozlaşdırır. "Böyümə Azərbaycanda bazar ertəsindən başlayan COVİD-19-a qarşı vaksinasiya proqramının müvəffəqiyyətindən asılı olsa da, Azərbaycan iqtisadiyyatı üçün vacib olan sahələrdə artımın olacağından əminik", - Cabbarov vurğulayıb.

Nazir müharibədən sonra geri qaytarılmış ərazilərdə böyük yenidənqurma planlarını, sərhədlərin yenidən açılmasını, bölgədəki nəqliyyat əlaqələrinin bərpasını yeni geosiyasi reallıqlar adlandırıb və bunun Azərbaycanda iqtisadi böyüməyə və məşğulluğa əhəmiyyətli töhfə verəcəyini söyləyib. Onun sözlərinə görə, Azərbaycan bu il işğaldan azad edilmiş bölgələrdə 2,2 milyard manat (1,3 milyard dollar) xərcləyəcək: "10 illik inkişaf planına əsasən 2030-cu ilədək Azərbaycanın ÜDM-nin ikiqat artırılması nəzrdə tutulur. Bu, illik 7 faiz iqtisadi böyümə tələb edən çətin hədəfdir. İqtisadi yüksəlişi təmin etmək üçün 21 böyük dövlət şirkətinin iştirakı ilə yaradılan yeni dövlət holdinqində effektivliyi və korporativ idarəçiliyi yüksəltmək, eyni zamanda onları mümkün özəlləşdirməyə hazırlamaq nəzərdə tutulub".

Nazir deyib ki, bütün dövlət şirkətləri özəlləşdirilməyəcək. M.Cabbarovun sözlərinə görə, buna baxmayaraq Azərbaycan özəlləşdirmə proqramı qəbul etmək niyyətindədir. Bura indiyə qədər təklif edilməmiş yeni aktivlər daxil ediləcək: “Biz müəyyən edilmiş vaxt müddətində “özəlləşdirmə xətrinə özəlləşdirmə” keçirməyi doğru saymırıq. Ona görə, biz investisiya holdinq şirkəti yaratmışıq. Bu holdinqə işləmək və səhmlərinin dəyərlərini böyütmək imkanı verilib”.

Mikayıl Cabbarov ərazilərin işğaldan azad edilməsinin Qafqazdakı sabitliyi yaxşılaşdıracağını, Azərbaycanın daha çox ticarət və mal tranziti həyata keçirən bir mərkəzə çevriləcəyini vurğulayıb. Nazir qeyd edib ki, bu əməkdaşlıq Ermənistana da şamil edilə bilər: "Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyü bərpa edildiyi üçün Azərbaycanın heç bir qonşusu ilə problemi olmadığını açıq şəkildə bildirib. Rusiya, Ermənistan və Azərbaycanın ortaq hökumət komissiyası bu ay regional nəqliyyat əlaqələrinin bərpası planları ilə bağlı işə başlayacaq. Qarşılıqlı əməkdaşlıq onda iştirak edən bütün ölkələrə fayda gətirəcək".

"AzPolitika.info"

635x100

Şərhlər

Hesabdar 2021-01-24 10:13:07

Vəəziyyət pis olduqca proqramlar da rezin kimi uzanır? Azərbaycan üçün ən mühüm inkişaf ili bu-2021ci ildir! Yeddi rayon qurulmalı və bu iqtisadiyyatı azı 10-13% yüksəltməlidir? 2030cu il Xruş kommunizmidir?

Rabitəçi 2021-01-23 21:06:03

Azərpoçtda özbaşnalıqlar hökm sürür,çünki bu sistemə Emin Əfəndiyev və Rəsul Bayramov rəhbərlik edirlər.... Çox dözülməz vəziyyətdir..baxan yoxdur

Azər 2021-01-21 00:06:34

Təklif edirəm, Azərkosmos, Təmiz şəhər (zibil emalı zavodu) və Metropoliteni birləşdirib , “AzərTəmizKosmosMetropoliteni” ASC yaradıb versinlər İlon Maskla Kərəm Nəsənovun birgə idarəetməsinə...

Azər 2021-01-20 23:43:37

Hardan tapılır bu “ideya generatorları...” Adam dəhşətə gəlir...

Azər 2021-01-20 23:42:13

Nə nədər qeyripeşəkar yanaşma ... Azərişıq , Azərpoçt, Metropoliten, Az ərkosmos, Təmiz Şəhər və s. kimi müəssisələrin birgə idarəedilməsi gülüncdür və bunun müəssisələrin sağlamlaşdırılmasına və özəlləşdirilməsinə nə tövhəsi ola bilər?

Vətəndaş 2021-01-20 21:27:53

Azərpoçtda heç Sübhan Kazımovvun vaxtında belə özbaşınalıqlar yoxuydu Nə qədərki Emin Əfəndiyev və onun fırıldaxçı şaykası iş başındadı heç bir müsbət irəliləyişdən söhbət gedə bilməz..

Arif Əliyev rabitəçi 2021-01-20 18:08:42

Xahiş edərdim 1-ci Azərpoçtdan başlasınlar,bu sahədə heç zaman yeniliklər aparılmayıb heç bu sahəyə poçt işini bilən,sevən adamları yaxın buraxmayıblar,bunlarda yalnız kütləvi şəkildə kadır islahatları aparılır,buda məlum məsələdir mütəxəsis poçt işçilərini qeyri poçt işçiləri ilə əvəzləyirlər,bunu artıq hamı bilir nəyə görə bunları edirlər.

Son yazılar