Aİ liderləri COVID-19 və Navalnını müzakirə edəcək

Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin rəhbərləri bu il ilk videokonfrans formatında iclas keçirəcəklər.

“Report”un məlumatına görə, ilk müzakirə ediləcək mövzu koronavirus pandemiyası ilə bağlı vəziyyət olacaq.

Gündəmdə kütləvi peyvənd məsələləri, testlərin sayının çoxaldılması və yenilənmiş pandemiya dövründə ittifaq daxilində sərbəst hərəkəti təmin etməkdir.

Onlayn sammitin koronavirusa həsr olunmasına baxmayaraq, liderlərin Rusiya müxalifətinin lideri Aleksey Navalnının Moskvada saxlanılması məsələsini də müzakirə edəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar