Dünyada bir gündə 13 minə yaxın şəxs pandemiyadan ölüb

Dünyada COVID-19-a yoluxanların sayı 94,96 milyon nəfəri ötüb

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 94 963 847 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2 050 857 insan ölüb.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 496 206 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 12 933 pasiyent təhlükəli infeksiyadan ölüb.

Son 24 saat ərzində infeksiyaya yoluxanların 44 faizindən çoxu Şimali və Cənubi Amerikada (221 396), daha sonra Avropada (193 242), ardından isə Cənub-Şərqi Asiyada (26 470) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar