ERMƏNİLƏRİN ŞUŞA İDDİASINA PAŞİNYANDAN GÖZLƏNİLMƏZ CAVAB - "Əhalisinin 90% -dən çoxu..."

Ermənistan tarixində ilk dəfə iki yüksək rütbəli məmur Şuşaya sahiblik üstündə mübahisə ediblər. Musavat.com-un məlumatına görə, bu barədə erməni mediası xəbər verib.

Belə ki, "bu gün baş verənləri təsvir etmək üçün söz tapmaq çətindir", -deyə, erməni müəllif Bagramyan özünün telegram səhifəsində yazır.

Sitat: "Günortadan sonra Xarici İşlər naziri Ara Ayvazyan bəyan edir: "Şuşi (Şuşa -red.) bir erməni mədəniyyət mərkəzidir. Kimin nə elan etməsindən asılı olmayaraq, Şuşinin türk mədəniyyət mərkəzi ola biləcəyi ilə razılaşmırıq".

Bir neçə saat sonra Baş nazir Paşinyan parlamentdə çıxış edərək deyir: "Əhalisinin 90%-dən çoxunun azərbaycanlı olduğu Şuşinin (Şuşa!) öz statusuna görə erməni olduğunumu söyləmək istəyirsiniz?"

Adətən bu cür ziddiyyətli bəyanatlar İrəvan və Bakı tərəfindən verilirdi.

Bu gün o yerə çatmışıq ki, Şuşinin statusu ilə bağlı bir ölkənin hökumət başçısı və Xarici İşlər naziri tərəfindən ziddiyyətli açıqlamalar verilir..."

Görünən budur ki, Ermənistan siyasətində və hökumətində az-çox ağlı başında olan elə Paşinyandır...

635x100

Şərhlər

omar 2021-01-21 18:14:54

Mən əvvəlki şərhlərimdə qeyd etmişdim,biz Paşikə hələ çox sağollar deyəcəyik.Bu adam həqiqətən də əsl demokratdır.Ona qalsaydı torpaqlarımızı bizə müharibəsiz verəcəkdi,ancaq cındır xalqına bələd olduğu üçün müharibəyə hə dedi.

OXUCU 2021-01-21 17:23:42

VAXT GƏLƏCƏK ERMƏNİ XALQİ PAŞİNYANA XİLASKAR KİMİ HEYKƏL QOYACAQ,BİZ AZƏRBAYCANLILAR DA ÜRƏYİMİZDƏ O HEYKƏLƏ GÜL QOYACAĞIQ.PAŞİNYANI LAĞ ETMƏK YOX,TƏRİF ETMƏLİYİYİK Kİ,QOY HƏVƏSLƏNSİN.

Asif 2021-01-21 13:58:28

BƏLİ, Ermənistan siyasətində və hökumətində az-çox ağlı başında olan elə Paşinyandır. Bizim mətbuat onu aşağılamaqdan, bununla rus ayısının dəyirmanına su tökməkdən əl çəkməlidir.

Azər 2021-01-21 13:09:32

Paşinyanı ələ salmaq yox, ələ almaq lazımdır.

B.Qarabağlı 2021-01-21 12:29:16

Görünür, Paşinyan demokratiya zəruriyyətini məmurlar, iki respublikanı əsarətdə saxlayan Sarqsyan, ya Koçaryan hökmündə arayırlar?

Eldəniz 2021-01-21 11:42:11

Deliden doğru xəbər ... onları demir yumruq ağıllı elədi yoxsa erməni xəstəliyindən qurtula bilmirlər ...hər yüz ildə bir vaksin edilir sonra ağılları başına gəlir ...Vaksinin adı isə belədir ... Azərbaycan XTQ

Cəmşid Dərələyəzli 2021-01-21 11:16:42

İlk gündən qeyd etmişik ki, bu gerizekalı hayları tamamilə yox olmaqdan xilas-etsə-etsə Paşinyan edəcək. Azərbaycan Prezidenti öz çıxışlarının birində dedi ki, Paşinyan hakimiyyətə gələndə məndən iki il vaxt istəmişdir. Görünən o ki, bir az geciksə də, damarımızı basa- basa o vədinə əməl etdi. Amma nə yazıq ki, torpaqlar qanla qaytarıldı. Amma götürəndə onun başqa yolu da yox idi. Çünki Paşik torpaqları elə belə də qaytarsa idi, onu ölkəsində yenə də vətən xaini adlandıracaqdılar. Əslində o bu addımı ilə Sarksyan və Koçaryan cütlüyünün maskasını cırdi və bununla da ermənilərə ayılın mesajını verdi. Əmin olun ki, erməniləri meydanlarda soyuq qış havası vurduqca ayazıyacaqlar və ayazıdıqca da onlar Paşinyana haq verəcəklər. Və bir də ayazıdıqca onlar özlərinə sual edəcəklər ki, dəyərdimi bu 32 illik fəlakətə, bunca tökülən qanlara. İnanın bütün bunları onlar gec də olasa fark edəcəklər. Gələk Xankəndində yaşayan ermənilərə.Əgər onlar indi yaşadıqları məşəqqətlərdən tez qurtulmaq istəyirlərsə, dərhal küçələrə çıxıb, Azərbaycanın bayrağını dalğalandırmalı və Azərbaycan vətəndaşları olduqlarını etiraf etməlidirlər. Yəni onların xilası, Rusiyanın indi oradakı varlığından çox, Azərbaycana sığınmalarından keçir. Rusiyanın gətirdiyi bir skuşonnu və bir kilo kolbasa ermənilər üçün qurtuluş deyil. O Rusiya ki, faşistlər kimi, digər qonşu respublikalara həmişə üstən aşağı baxıblar və tarixən oradakı xalqlara iztirablardan başqa heç nə vəd etməyiblər.

t.ədalət 2021-01-21 10:42:23

Putinin işğal divarları da Paşikin hesabına söküldü.Elə buna görə də putinçilər Paşiklə barışa bimirlər.Qarabağın işğalının mənfur Rusiya tərəfindən təşkil olunduğunu faktlarla sübut etdi.Bu gün "sülhməramlı" adı ilə Azərbaycana yeridilən işğal ordusunu da Paşik ifşa edəcək.Putinin tələsin əraziyə keçmiş erməni terrorçularını toplaması nəticə verməyəcək.

Son yazılar