Menu

"Sosial şəbəkələrdə yayılan məlumatların heç biri təsdiqini tapmır" - Direktor

21.01.2021, 13:03
"Sosial şəbəkələrdə yayılan məlumatların heç biri təsdiqini tapmır" - Direktor

“Əgər sizin əlinizdə hansısa sahibkara qarşı qanunsuzluq edilməsi ilə bağlı sənəd varsa xahiş edirəm bizə təqdim edin”.

“Report” xəbər verir ki, bunu “Caspian Energy Club”ın sədri və baş icraçı direktoru Telman Əliyev iş adamlarının Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ilə görüşdə səsləndirdiyi şikayətlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum Dövlət Təhlükəsizlik Xidməti (DTX) ilə əməkdaşlıq edir: “Bilirsiniz ki, digər rayonlarda belə qanunsuzluqlara qarşı DTX əməliyyat keçirir. Artıq bir neçə rayonda icra başçıları həbs edilib. Əgər sizin əlinizdə hansısa sənədlər varsa ki, işğaldan azad edilmiş ərazilərdə iş görmək üçün tender elan edilib, amma hansısa şirkət bunu qanunsuz həyata keçirir, o zaman biz təqdim edin. Biz də bu sənədləri DTX-ya təqdim edək və onlar bununla məşğul olsunlar. Amma xahiş edirəm sosial şəbəkələrdə yayılmış dedi-qodulara inanmayaq. Orada çox məlumatlar yayılır və heç biri də təsdiqini tapmır”.

Şərhlər

ELSAD 2021-01-21 15:53:13

Yazilanlardan cox qeribe bir veziyyet alinir. Bir is adami deyir ki sizin her hansi bir sirketin qanunsuz hereketinden sikayetiniz varsa bize muraciet edin biz DTX-ya gondererik tedbir gorerler. aciqcasi men basa dusmedim...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol