Sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinə üstünlük veriləcək
Baxiş sayı:
Dərc olunub:
21/01/2021 - 13:19
Azərbaycanda sosial iş yerlərinin təşkili zamanı şəhid ailələrinin üzvlərinə üstünlük veriləcək.
“Report”un xəbərinə görə, bununla bağlı “Məşğulluq haqqında” qanuna dəyişiklik edilir.
Hazırkı qanuna əsasən, sosial iş yerlərinin təşkili zamanı əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilir.
Təklif edilən dəyişikliklə isə şəhid ailəsinin üzvlərinə də sosial iş yerlərinin təşkili zamanı üstünlük veriləcək.
Son yazılar
11:54
“Crocus City Hall”da baş verən terroru kim maliyyələşdirib? – İstintaq Komitəsi açıqlama yaydı
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.