"2 858 şəhidin şəxsiyyəti tam müəyyən edilib" - Hərbi Prokurorluq

Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının köməyindən istifadə edilməklə döyüş əməliyyatlarında həlak olmuş şəxslərin qısa müddət ərzində şəxsiyyətlərinin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi də təmin edilib.

"Report" xəbər veri ki, bu barədə Hərbi Prokurorluqda 2020-ci ilin yekunlarına həsr olunan kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, hazıradək, həlak olmuş 2858 şəxsin şəxsiyyətinin tam müəyyən edilərək ailələrinə təhvil verilməsi təmin olunub.

635x100

Şərhlər

Shirin Haciyev. 2021-01-21 19:50:02

hec de duz yazmirsiz Sehv analizler cox olub. shexsen men shehid atasiyam. birdefe mene balamin bir ayaqini dediler tapmishiq. getdim Fizuliye gosterdiler 2 ci barmaq anadan gelme yox idi. zornan mene sirimaq istediler, qebul etmedim. 3-4 gunden sonra dediler ayri ayaq tapmishiq. sual verdim ki bes kecen defe ki ayaq nece oldu/ mustentiq dedi ki o ayaq bashqa adamin idi. indide ayrisini verdiler. hec buna da inanmiram. Afrisdiler hamisi. 90 faiz yalandi. 050 200 10 24 menim telefonum. kishidilerse meni caqirsinlar onlarin alcaqliqini subut edim

Xalq 2021-01-21 18:45:11

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Son yazılar