Menu

Naxçıvanda zəlzələ olub

22.01.2021, 07:47
Naxçıvanda zəlzələ olub

Yanvarın 21-də Şahbuz stansiyasından 12 km şimal-qərbdə Şahbuz rayonunda zəlzələ olub. Zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqəlində isə 3 bala qədər hiss edilib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 23:23-də qeydə alınıb.

Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol