İQTİSADİ ZONALARIN İNKİŞAFI AGENTLİYİ YARADILDI - Fərman

Prezident İlham Əliyev "Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərman imzalayıb.

Fərman Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların davam etdirilməsi, ölkədəki mövcud sənaye parkları, sənaye məhəllələri və aqroparklar sahəsində idarəetməni, habelə nəzarət mexanizmlərini daha da təkmilləşdirmək, bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq, daha sıx koordinasiyanı və sistemliliyi təmin etmək məqsədi daşıyır.

Fərmanla İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır.

2. Müəyyən edilsin ki:

2.1. İqtisadi Zonaların İnkişafı Agentliyi (bundan sonra – Agentlik) sənaye parklarının (Balaxanı Sənaye Parkı istisna olmaqla), sənaye məhəllələrinin (Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla) və aqroparkların fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı tədbirlər hazırlayan, həyata keçirilməsini təmin edən, o cümlədən bu istiqamətdə göstərilən dövlət dəstəyi tədbirlərində iştirak edən publik hüquqi şəxsdir;

2.2. Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün 7 (yeddi) üzvdən ibarət Müşahidə Şurası yaradılır;

2.3. Agentliyin fəaliyyətinə cari rəhbərliyi 5 (beş) üzvdən ibarət İdarə Heyəti həyata keçirir;

2.4. Müşahidə Şurasının 4 (dörd) üzvünü Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 3 (üç) üzvünü isə aşağıdakı dövlət qurumları (hər qurumdan bir nəfər olmaqla) təyin edirlər:

2.4.1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

2.4.2. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti;

2.4.3. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti.

2.5. Müşahidə Şurasının sədri və İdarə Heyətinin üzvləri Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

3. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

3.1. Azərbaycan Respublikasının Prezidentinə:

3.1.1. Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onlara dəyişiklik edilməsi;

3.1.2. Agentliyin ləğvi və yenidən təşkili.

3.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə:

3.2.1. bu Fərmanın 3.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. iki ay müddətində:

4.1.1. Agentliyin nizamnaməsinin layihəsini, habelə nizamnamə fondunun miqdarı barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.1.2. “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Agentlik dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində:

4.2.1. Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli üçün tədbirlər görsün;

4.2.2. “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansındakı əmlakın Agentliyin balansına verilməsini təmin etsin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Aidiyyəti dövlət qurumları bu Fərmanın 2.4-cü bəndinə uyğun olaraq Agentliyin Müşahidə Şurası üzvlərinin təyin olunmasını bir ay müddətində təmin etsinlər.

6. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək:

6.1. “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini davam etdirsin;

6.2. sənaye parklarının və sənaye məhəllələrinin fəaliyyətinin təşkili, onların idarə olunması və inkişafı ilə bağlı məsələlərin tənzimlənməsi bu Fərman qüvvəyə mindiyi günədək mövcud normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilsin.

7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:

7.1. Agentliyin dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görsün;

7.2. bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulmuş sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların fəaliyyətinin qiymətləndirilməsini altı ay müddətində həyata keçirsin və onların fəaliyyətinin səmərəliliyinin artırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

635x100

Şərhlər

Fakt 2021-01-22 19:45:12

 Şəhid Anasından Elxan Usubova ETİRAZ - "Mən makaron yox, haqqım olan evi istəyirəm..." Tarix: Dünən, 10:12 | Çap et Şəhid Anasından Elxan Usubova ETİRAZ DİA.AZ: - "Çox hörmətli, Prezident. Məlumat üçün onu da bildirmək istəyirəm ki, Şəki İcra Hakimiyyətinin səlahiyyətli şəxsi bu yaxınlarda evimə bir qumarbaz məmurla ismarıc- xəbərdarlıq göndərib ki, «Məfkurə bir də şikayət etsə o ev üzü görməyəcəkdir!»". DİA.AZ bildirir ki, bu sözlər şəhid anası Məfkurə Əbdürəhimova Prezident İlham Əliyevə müraciətində yer alıb. Şəhid anası daha sonra yazır: "Elə bil ki, bu adamın dədəsindən ev istəyirəm. Budur, son müraciətlərimə Sizin aidiyyatı məmurlar ümumiyyətlə şəhid anası olaraq mənə hörmətsizlik edir, cavab vermirlər. Əvvəllər isə heç olmasa Nazirliyin Şəkidəki şöbəsindən Mahir müəllimin göndərdiyi adamlar gəlib uçuq-sökük evimizin şəkillərini çəkib gedirdilər. Amma bu gün reallıqda Siyahı üzrə məndən əvvəl və məndən sonra adları olanlara evlər verilib. Bu gün Şəki şəhərinin yarısını ələ keçirmiş bu bürokrat məmurlar və Nazirlikdəki süründürməçilər mənim kimi şəhid anasına qoyduqları hörmətsizliyi əslində Ali Baş Komandan kimi Sizə qoyurlar. Ona görə də xahiş edirəm göstəriş verin qoy mənim mənzil problemimlə ən çox inanadığınız və etibar etdiyiniz PA müdiri cənab Samir Nuriyev, ya da nazir cənab Mikayıl Cabbarov məşğul olub nəticəni Sizə məruzə etsinlər". Dia.az bildirir ki, dünən şəhid anası Məfkurə Əbdürəhimova başına gələn olayla bağlı da Prezidentəı müraciət edib. Şəhid anası dia.az vasitəsilə yazır: "27 İLDİR Kİ, SİZİN TƏYİ ETDİYİNİZ AYLIQ 300 MANAT ŞƏHİD PENSİYASINDAN BAŞQA HEÇ BİR İMTİYAZDAN İSTİFADƏ ETMƏMİŞƏM, NƏ DƏ BİR ŞƏHİD AİLƏSİ OLARAQ BU VAXTA QƏDƏR MƏNİM AİLƏMLƏ MARAQLANAN OLMAYIB, İSTƏR PANDEMİYA, İSTƏRSƏ DƏ MÜHARİBƏ DÖVRÜNDƏ, DÖVLƏTDƏN YEGANƏ İSTƏYİM 1 MƏNZİL ALIB 9 NƏFƏRDƏN İBARƏT ÖVLADLARIMI BİR YERƏ YIĞIB ÖMRÜMÜN SON GÜNLƏRİNİ YAŞAMAQDIR. *** BU GÜN 20 YANVADA SƏHƏR QAPIMIZI DÖYDÜLƏR, OĞLUMA BİR 5 kq-lıq BAĞLAMA GƏTİRMİŞDİLƏR... ŞƏKİ İCRA HAKİMİYYƏTİ TƏŞKİL EDİBMİŞ. BAĞLAMADA 2 kq MAKARON, 1KQ UN, 1kq QƏND OLDUĞU BİLDİRİLDİ, OĞLUM NÜMAYƏNDƏDƏN BAĞLAMANI GÖTÜRMƏYİ RƏDD ETDİ. CƏNAB PREZİDENT, XAHİŞ EDİRƏM YERLİ MƏMURLARINIZI BAŞA SALASINIZ Kİ, ƏGƏR SON 27 İLDƏ KİMSƏ ŞƏHİD AİLƏSİNİ YADA SALMAYIB BU GÜN 20 YANVARDA QAPIMI ŞİKAYƏT YAZANDAN SONRA AÇIRSA, BU MƏDƏNİYYƏTSİZLİKDİR, MƏN MAKARON YOX, HAQQIM OLAN MƏNZİLİ İSTƏMİŞƏM, ƏVVƏL İSƏ ŞƏKİ İH SƏLAHİYYƏTLİLƏRİ UTANMADAN MƏNƏ HƏDƏ NOTASI GÖNDƏRMİŞDİLƏR Kİ, ELƏ ETMƏSİN Kİ, EV ÜZÜ GÖRSÜN, YOXSA PİS OLACAQ! CƏNAB PREZİDENT XAHİŞ EDİRƏM MƏNİM MƏSƏLƏMİ ŞƏXSİ NƏZARƏTİNİZDƏ SAXLAYASINIZ, BUNLARA QALSA, MƏN ÜMİDİMİ ÜZMƏLİYƏM".

Prezidentini sevən 2021-01-22 14:55:10

Cənab Prezident, bu Sərəncam Şəkinin parklarınada şamil olunsa daha yaxşı olar, çinki Şəkinin parkları ih başçısı Elxan Usubov və onun 1-ci müavini Həsən Həsənov tərəfindən qanunsuz özəlləşdirilib ?

Son yazılar