Menu

Şahbaz Quliyevin anası vəfat etdi

22.01.2021, 16:14
Şahbaz Quliyevin anası vəfat etdi

Ötən ilin dekabr ayında erməni girovluğundan azad edilən Şahbaz Quliyevin anası Sənəm Quliyeva vəfat edib. Bu barədə Qafqazinfo.az-a mərhumun oğlu İlham Quliyev məlumat verib.

Xatırladaq ki, Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlar 2020-ci il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması zamanı Bakıya gətiriliblər.

Bir müddət xəstəxanada müalicə aldıqdan sonra evlərinə buraxılmışdılar. Sosial şəbəkələrdə Şahbaz Quliyevin anası ilə görüşünü əks etdirən videogörüntülər də yayılmışdı.

Şərhlər

Xalq 2021-01-22 19:48:08

Allah rəhmət eləsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol