Böyük Britaniya hökuməti ″İslam dövləti″ (İŞİD) terror təşkilatı dəstələri ilə mübarizə üçün İordaniya ərazisində Suriya müxalifəti döyüşçülərinin hazırlığına başlamağa hazırdır
SalamNews-un TASS-a istinadla verdiyi xəbərə görə, bu barədə ″The Times″ qəzeti məlumat verib.
Qəzetin məlumatına əsasən, Britaniya təlimatçıları ″ABŞ-ın İŞİD-ə qarşı fəaliyyət üzrə planı çərçivəsində″mülayim Suriya müxalifəti üzvlərinin təlimində iştirak edəcəklər.
″Böyük Britaniya səyləri görüldüyü kimi çox güman ki, İraq və kürd dəstələrindən çox Suriyada cəmləşəcək,- deyə qəzet yazıb.- ABŞ indi İŞİD mövqelərinə hücum fəaliyyəti həyata keçirmək üçün15 min üzvü olan Suriya müxalifəti birləşmələri formalaşdırmağı və təlim keçməyi qarşısında tapşırıq qoyub″.
Qəzet müvafiq planın həyata keçirilməsinin artıq yaxın həftələrdə başlaya biləcəyini qeyd edib.


Şərhlər