Azərbaycan Milli Elmlər Akademiyasında kadr dəyişikliyi olub. Oxu.Az-ın məlumatına görə, akademik, keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Arif Həşimov isə Fizika İnstitutunun baş direktoru təyin ediliblər.

Eyni zamanda, Tarix İnstitutunun direktoru Yaqub Mahmudov vəzifəsindən azad olunub. O, AMEA prezidenti, akademik Ramiz Mehdiyevin müşaviri vəzifəsinə təyinat alıb.


Şərhlər
Bu, Əli Abbasov Millət üçün, Dövlət üçün, nə qədər əvəzolunmaz birisidir ki, Rabitə Naziri olarkən Eldar Mahmudovdan qorxduğunu, ayda özünün də 300 min dollar xərclədiyini demişdi...İndi də yenə vəzifəsi, yenə əvvəlki kimi olmasada dolanışığı və s. Millətin balaları özünü Vətən, Xalq, Millət, Dövlət üçün şəhid edir, əlil olur ki, Əli Abbasovlar və onun kimiləri ayda gen-bol dolansınlar?...
HEÇ CÜRƏ ƏL ÇƏKMİR BU RAMİZ MEHDİYEV KRESLODAN.CAVANLARIMIZ İŞSİZ GÜCSÜZ QOCALDILAR.HEÇ PENSİYA DA ALMAYACAQLAR
RAMİZ NƏ OLAR SƏN ÖZÜNDƏ ÜZÜSULU GET CAVANLARA YOL AC.
AY R. MEHDİYEV KEFİN OLSUN NƏ QƏRİBƏ TƏYİNATLAR.BOYLAN 5 İL GERİYƏ BAX...
Azerbaycanda nə qeder akademika olar?