NAZİRİN SƏHHƏTİNİN AĞIRLAŞDIĞI TƏSDİQLƏNDİ... - Müalicə nəticə verməyib və... (Yenilənib)

Səhhətində problemlər yaranan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov hazırda ABŞ xəstəxanalarının birində müalicə olunur. "Report"un ABŞ bürosu xəbər verir ki, nazir əvvəlcə Nyu-Yorkun Presviterian Veyl Kornell Hospitalına yerləşdirilib.

Ancaq həmin xəstəxanada aparılan müalicə nəticə verməyib və A.Rəhimovun durumu daha da ağırlaşıb. Bu səbəbdən nazir bir müddət əvvəl onkoloji xəstələrin müalicə olunduğu başqa bir hospitala köçürülüb.

Presviterian Veyl Kornell Hospitalın nümayəndəsi "Report"a açıqlamasında A.Rəhimovun bu hospitalda müalicə olunduğunu və başqa xəstəxanaya köçürüldüyünü təsdiqləyib.

Qeyd edək ki, Azad Rəhimov 1964-cü ildə Bakıda doğulub. O, 2006-cı ildə gənclər və idman naziri təyin edilib.

***

"Unikal.org" xəbər verir ki, 4 aydır işə çıxmayan Azad Rəhimovun səhhətində ciddi problemlər yaranıb. O, təcili ABŞ-a aparılıb, orada nazirə ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub. Cərrahi əməliyyat olunan Azad Rəhimovun vəziyyəti pisləşib və komaya düşüb.

Hazırda komada olan nazir ABŞ-da xəstəxanaların birindədir və 4 aydır ki, öz səlahiyyətlərini yerinə yetirə bilmir.

"Qafqazinfo" məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova ilə əlaqə saxlayıb. Qurum rəsmisi sadəcə "yalandır" deməklə kifayətlənib.

635x100

Şərhlər

Araşdırmaçı 2021-01-27 16:44:34

Cənab Nazir, Daşqın Mikayılovu hansı keyfiyyətinə,savadına görə Şəki kimi böyük bir rayonun Gənclər və İdman idarəsinə müdir təyin etmisən ?????

İdmançı 2021-01-24 21:31:36

Azad Rəhimovun Şəki Gənclər və idman idarəsinə təyin etdiyi kadr hər şeydən xəbər verir.. Əsil idmançlar kənarda qalıb, özünü gücnən idarə edən , idmandan xəbəri olmayan şəxsi İdman idarəsinə müdir təyin edib... İdarə işçilərinin çoxu qeyri-peşəkar işkilərdən ibarətdir... İdmançılar kənarda qalıblar ....???

Alex 2021-01-24 06:49:29

Her halda şefa dileyin...

Veteran 2021-01-23 23:18:02

Özün pəhbərlik etdiyi idmanın müalicəxana həkimləri müalicə edərdi də.Amerikaya niyə gedib?Heyif ona xərclənən pullardan.Neçə-neçə qazilərimizə sərf edərdik. ə edərdi də ,.niyə Amerikaya gedib

Niyaz 2021-01-23 17:59:09

çox piylənib

Azər 2021-01-23 17:04:08

Deyirlər ki, pul imkan vermir adam ölsün. Bəlkə də yalandır. Allah çoxlu pulu kimə verirsə...

Ağsaqqal 2021-01-23 16:45:10

Stadionun ot örtüyü bu il də qaldı.haram xoşun azad.

OXUCU 2021-01-23 15:45:53

44 Günlük müharıbədə o qədər laçın oğlanlarımız öldü,əlil oldu.Bu adam onlardan heç də artıq deyil.Xalqın malı ilan sümüyüdür,nə vaxtsa belə olmalı idi.Hansı əsgərimizi apardı heç olmasa qardaş Türkiyəyə.Allah bilən məsləhətdir.Əzrayılın əlindən hara qaçmaq olar.

Shahin 2021-01-23 14:51:48

Siz niye Elmar Veliyevin xususi teyare ile giymeti 1 milyon dollardan chox olan qiymete aparilmasinadan danishmirsiniz. Yarali herbicilee sonunda olduler. Bu olkede kastalar hakimiyyeti hokum surur. Hec kimde sorushmur ki, Azad Rehimov hansi pullarla ABS gedib, elbetdeki dovletin hesabina.

Elmuraz 2021-01-23 14:48:19

İnşallah ......

Yalçın 2021-01-23 12:59:55

Axı niyə Bakıda müalicə olunmur? Onun bizdən fərgi nədədi? Və ən təcüblüsü odurki hammı bunun xaricdə müalicə olunmasına normal baxır. ...

Omar 2021-01-23 11:16:50

Haram yryende bilmirdi burnundan gelecek?

t.ədalət 2021-01-23 11:05:51

Azada görəı narahatlığa dəyməz.Həm çoxlu pulu var,həm də deyirlər ki,ermənilərlə qohumluğu.Day,bu adamıln komadan nə qorxusu?

Doğru 2021-01-23 08:16:31

Yalan niyə olur ki? Azad komaya düşə bilməz? Əsgərlərimizin neçəsi komada qalıb. Heç maraqlanmırsız. Bunu amerukada axtarırsız. Bunun əməyi əsgərlərimizinkindən çoxdu bəyəm?

RT 2021-01-23 08:13:25

Haram yemeyin neticesidi (((( Bu haramzadelerin hamisinin sonu , bele olacaq!

Mehdi 2021-01-23 01:29:41

Allah komeyi olsun.Ölkede yaxsi insanlardan biride odur,menim zendime gore.Belke de sehv edirem,amma gozumde mustet xarakterli bir adam tesevvur edirem.

.EJDER 2021-01-23 00:51:24

BU DA,,FORMULA,,

Son yazılar