"MOSKVAYA HEÇ VAXT İNANMAQ, ETİBAR ETMƏK OLMAZ" - "Rus ordusunu ermənilərin xilası missiyasıyla göndəriblər"

"Rusiya tarixən ermənilərin himayəçisi missiyasını öz üzərinə götürüb. Və 200 ildən çoxdur ki, həmin missiyasını davam etdirir. Hələ də o missiyadan əl çəkməyib. Çünki Rusiyanın Qafqazda mövcudluğunun dayağı və onun buradakı nümayəndəliyi Ermənistanla bağlıdır." 

"AzPolitika.info"nun məlumatına görə, bu fikirləri Milli İstiqlal Partiyasının qurucusu, istiqlalçı deputat Etibar Məmmədov moderator.az-a açıqlamasında bildirib.

O bildirib ki, Rusiya Kremldə kimin hakimiyyətdə olmasına rəğmən ermənilərlə tarixi-siyasi müttəfiqdir və həmin müttəfiqlik bu günədək davam edir: "Odur ki, Moskvaya heç vaxt inanmaq və etibar etmək olmaz. Rusiya tarixən də öz verdiyi sözü tutmayan dövlət kimi yaddaşlarda qalıb. Onun imzaladığı heç bir müqaviləyə də, verdiyi sözə də, vədlərə də inanmaq olmaz.

Bu gün isə mövcud geostrateji duruma uyğun yaranmış vəziyyətdə hər şey Azərbaycanın gücündən və maraqların toqquşmasından asılıdır. Və siyasi rəhbərlikdən tələb olunan odur ki, həmin siyasi maraqları elə istiqamətə yönəltsin ki, Rusiya Azərbaycana daha az ziyan vura bilsin. Azərbaycan isə bundan öz milli maraqlarını həyata keçirmək üçün yararlana bilsin...”

“1990-cı ildə Bakıya gələn ordu “yerli hakimiyyəti devirməyə çalışan, milli azlıqlara qarşı talanlar törədən ekstremist ünsürlərə” nifrət ideologiyasıyla köklənmişdi. Bəs bu gün Qarabağa gələn rus ordusu hansı ideologiya ilə köklənib?” sualına cavab olaraq Etibar Məmmədov bildirib: “Indi də onları ermənilərin xilası missiyasıyla göndəriblər. Onların qarşısına Qarabağdakı erməniləri xilas etmək vəzifəsi qoyulub. Və gördüyünüz kimi, rus hərbçilər faktiki olaraq sülhməramlı yox, ermənilərin xilasedicisi missiyasını həyata keçirir. 

Ermənilər üçün infrastruktur yaradır, evlər tikirlər, köçürtmə, məskunlaşdırma ilə məşğuldurlar. Buna qarşı isə hələlik bir dəfə Prezident tərəfindən edilən etiraz istisna olmaqla Azərbaycan tərəfindən kəskin rəsmi münasibət bildirilməyib. 

Ancaq fikrimcə, hazırda torpaqlarımızda olan Rusiya kontingenti barədə sərt mövqe nümayiş etdirilməlidir ki, onların missiyası dəqiq müəyyənləşsin. Onların davranışları lazımi çərçivəyə salınsın ki, yalnız sülhyaratma missiyasına aid işlər görsünlər və başqa məsələlərə burunlarını soxmasınlar...

"AzPolitika.info"

635x100

Şərhlər

B.Qarabağlı 2021-01-26 11:56:35

Polşanın bir PARTİYA nümayəndəsi petisiya keçirib ki, Azərbaycanın Qarabağı azad etmək cəhdini Haaqa məhkəməsinə cinayət iddiası kimi verəcək? Qarabağın Hərbi İşğalçısı isə Azərbaycanı Avropa Xalq partiyası ilə hədələyir? Hanı bizim Vəkillər, Partiyalar? İddialar, bəyanatlar hanı???

Vuqar 2021-01-24 22:45:30

Rusiya orduduna mandat vermək şəhidlərimizin qnına ruhuna növbəti cəyanət olacaq

İlkin 2021-01-24 21:41:28

Bu indi nə istəyir?Milləti 20 yanvarda qırğına verdi.Bəs olmadı? Boşboğzalığı sənəti seçə adamdan millət bədbəxtçilikdən başqa bir şey gözləyə bilməz!

B.Qarabağlı 2021-01-24 16:49:20

Hörmətli Etibar Məmmədov, Siz azadlıq iddiasının dürüst və kəskin iddiasının gərək olduğunu yaxşı bilirsiniz! Ada olmaqla 50 dən çox pariya yalnız kiminMİP də başsə deputatlığı üçünmüş? Hanı 50 bəyanat ki, Azərbaycan İşğaldan tam nə vaxt qurtaracaq, İşğalçı nə vaxt MÜHAKİMƏ olunacaq, Artsaxa yardım edən Frnsa Azərbaycandan nə istəyir və Azərbaycana öz sərhədlərinin müdafiəsini nə vaxt verəcəklər? Hanı PARTiya bəyanatları?

ROMAya 2021-01-24 10:24:26

Ay PAPA, deyəsən axı, özümüz vermişik? Q.İsrafilov kimi üzümüz, sözümüz Azərbaycana, arxamız onlara olmayanda oturacağımız büdrəyir?

Eli 2021-01-24 01:32:05

2-ci şerhin davamı.1993-cü ilde rehmetlik Heyder Eliyev prezident seçilende Etibar beye baş nazirin müavini vezifesini teklif edir.O ise şert ireli sürür:güc nazirlikleri onun selahiyyetine verilse razılıq verer.Prezident bunu eşidende çox teeccüblenir ve deyir ki qoy gözlesin.O da 27 ildir gözleyir

Məfhumi Məğzi 2021-01-23 21:27:22

Azərbaycanı viranə edib, milyon nəfər dinc azərbaycanlıları hərbi terrorla öz doğma evlərindən qovmuş erməni qalıqlarının daha beş il hərbi müdafiəsi Rusiyanın Azərbaycan dövlətinə dost olmaadığını göstərir!

Amipçi 2021-01-23 21:16:02

Ehtibar artıq sizin poyuzunuz gedib ?

Keçmiş AMİP-ci 2021-01-23 21:00:15

...Buna nə qədər inanırdıq ilahi...Cavanligimizi bunun.... uğrunda xərclədik.İndi o milyonlar səltənətində keyfinə, bizlər isə ağır xəyal qırıqlığına...

Ələlxüsus 2021-01-23 20:28:54

Doğrudan da, Azərbaycanı, mülki vətəndaşlarını hərbi terrorla işğal etmiş ermənilərin MÜHAKİMƏ əvəzinə daha beş il hərbi MÜDAFİƏSİ Azərbaycan dövləti və xalqı üçün ən alçaldıcı TƏHQİR deyilmi?

B.Qarabağlı 2021-01-23 19:56:34

Hərbi İşğalçı ermənilərin hüquqları vəhşicəsinə pozulmuş Azərbaycan dövləti və xalqı üçün təhqir deyilmi?

Eli 2021-01-23 19:30:14

Rehmetlik Elçibeyin vaxtında Penah Hüseyn baş nazir olanda müsahibe verir .Jurnalist sual edir ki bey sizin ixtisasınız iş tecrübeniz ferqlşfir yeni iqtisadiyyat sahesi deyil ,Siz hökumete nece rehberlik etmek fikrindesiniz.Cavab verir ki men hökumetde siyasetle meşğul olacağam Vallah adsm söz tapa bilmir.

Eli 2021-01-23 19:20:05

Etibar beyin Milli herskatda xidmetleri dznılmazdır.Ancaq men bir şeyi başa düşmürem eger burda Xalqa Dövlete xidmetden gedirse sen güc nazirliklerini ne edirsen axı ölkenin böyüyü prezidenti var bu nu mövqedir.Adam başa füşe bilmir beyin mentiqini.Burda bir sehv olub bey ele bılib ki qarşıdındakı Eliyev yox Veziröovdur

Özgür 2021-01-23 18:46:02

mən putinin özündən intervyularında eşitmişəm ki, o deyir ki, " mən hətta elə zaman olur ki, özüm-özümə inanmıram". İndi özünüz deyin belə adama inanarlarmı?

Səid 2021-01-23 18:38:39

Etibar bəy kaş ki, danışmaq bacarığınız kimi icra bacarığınız da olaydı. Heyf o idealist gənclik illərində ki, sizlərin populist danışıqları ilə keçdi. Həqiqəti elə sizdən öyrəndik amma artıq çox gec idi!! İndi de gecikmisiniz bəy!!! Arxadan atılan daş topuğa deyər!! Artıq sizin fikirləriniz heç kimə maraqlı deyil!!!

Xalq 2021-01-23 18:21:44

ruslara mütləq dayan deyilməlidir, əgər putin dayandırılmasa sabah Azərbaycanın müstəqilliyi sual altına düşəcək. Ondan sonra isə rus boyunduruğu gəlir. Sonra çıxış yolu olmayacaq haaaaaaaaaaa?

Eli 2021-01-23 16:15:47

Etibar bey niye be qedim atalar sözünü yaddan çıxarıb.Birinden soruşurlar ki,ağlını ne qederinkişaf etdirmisen deyir o qeder ki ne bir adama inaniran ne de etibar edirem Bu qeder.

Eli 2021-01-23 16:05:31

Bir aqilden soruşurlar ki,dünyada en asan iş nedir.Deyir başqasına ağıl vermek yol göstermek.Soruşur ku, bes en çetin cavab verir ki bu meselehetleri yerine yetifmek.İndi bu müllime soruşasan ki o vaxt 5-6 nefer birleşib yola getmediniz ki Xalqa gün ağlayasznız here odu öz qabağına çekdi.Yazıq rebmetlik Bey qaldı ortada.Onu rak yox etrafındakı nadsnların derdi öldürdü.Allah Beye rehmet elesin.

miri 2021-01-23 14:31:49

milli hakimiyyət dönəmində rus ayağı Məmləkətdə olmadığı halda iki üç gündən bir "demokratk millətçi olmayandan diktator millətçi yaxşıdır" deyərək gün keçirirdi. Indi rus ordusu çəkmələri Məmləkət torpaqlarında olduğu halda niyə etirazlar təşkil etmir? Yoxsa heç kim olduğunu başa düşüb? Elə isə "axil öyrətmək" kimi nağılların saxlasın özünə.

Roma 2021-01-23 14:31:02

"MOSKVAYA HEÇ VAXT İNANMAQ, ETİBAR ETMƏK OLMAZ" - "Rus ordusunu ermənilərin xilası missiyasıyla göndəriblər"...Bəli, Sizinlə tam razıyam, bu 100% belədir. Rus generalı Kəlbəcərdə bizim maşınların qabağını kəsən 5-10 erməni dığasına Qarabağ əvəzinə arçax deyirsə, onları tutub qoduğluğa basmaq əvəzinə, suveren bir Dövlətin öz ərazisində hüquqlarının pozulmasına göz yumursa, deməli Moskva erməniyə üstünlük verir və bizim reaksiyamıza baxır, görür ki, səsimiz çıxmır.............

Son yazılar