Menu

Şamaxıda Quşçu palçıq vulkanı püskürüb

24.01.2021, 00:29
Şamaxıda Quşçu palçıq vulkanı püskürüb

"Bu gün saat 19.20 radələrində Şamaxı rayonunun inzibati ərazisində yerləşən Quşçuluq kəndindən 500-600 metr məsafədə eyniadlı- Quşçu palçıq vulkanı püskürüb". Bunu "Report"a açıqlamasında Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu dövlət təbiət qoruğunun direktoru Ceyhun Paşayev deyib.

O bildirib ki, püskürmə uğultu səslərlə müşayiət olunub: "İlkin məlumata əsasən püskürmə çox da güclü olmayıb. Quşçu palçıq vulkanı 3 qrupdan ibarət olmaqla Şamaxı ərazisinin tez-tez püskürən aktiv palçıq vulkanlarından hesab olunur. Tərəfimizdən monitorinqlər davam etdiriləcək və əlavə məlumat veriləcək".

Qoruğun direktoru qeyd edib ki, 1810-cu ildən bu günə qədər palçıq vulkanlarının püskürmə statistikasına əsasən bu Quşçu palçıq vulkanının 16-cı püskürməsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol