AĞDƏRƏDƏ “530” və “951” YÜKSƏKLİKLƏRİ UĞRUNDA QIZĞIN DÖYÜŞLƏR... - Kəşfiyyatçı qazinin xatirələri + VİDEOREPORTAJ

44 günlük İkinci Qarabağ Müharibəsində Azərbaycan Ordusu cənub cəbhəsində düşmənin keçilməz hesab olunan istehkamlarını yararaq Laçına qədər irəlilədi, eləcə də Füzuli istiqamətindən irəliləyən bölmələr Şuşaya çatıb düşməni kapitulyasiyaya məcbur etdi. 

Şimal cəbhəsində isə hadisələr daha fərqli cərəyan edirdi. Azərbaycan ordusunun həmin istiqamətdə döyüşən bölmələri olduqca çətin relyefdə hücum əməliyyatları həyata keçirərək Talış və Suqovuşan kəndlərini düşməndən təmizlədi, Suqovuşan üzərindəki hakim yüksəklikləri tutub möhkəmləndi.

Lakin Ağdərə istiqamətində hadisələr daha sonra fərqli məcrada davam etməyə başladı. Düşmən həmin istiqamətdə möhkəmləndirilmiş yeraltı beton bunkerlər şəbəkəsindən ibarət müdafiə xətti qurmuşdu və həmin bunkerləri artilleriya dağıda bilmirdi.

Şimal istiqamətində düşmənin ən üstün mövqeləri “530” və “951” yüksəkliklərində yerləşmişdi. Azərbaycan Ordusu oktyabrın ortalarında “530” yüksəkliyini ələ keçirsə də, “951” uğrunda döyüşlər noyabrın 10-na qədər davam etmişdi.

Həmin yüksəkliklər uğrunda döyüşən kəşfiyyat-həmlə taborunun döyüşçüsü, qazi Cavadov Balaş Şahlar oğlunun YouTube bloqeri ilə söhbətini, müharibə xatirələrini təqdim edirik:


635x100

Şərhlər

MirDadaw 2021-01-25 21:21:43

Biz hamimiz Allahin eskerleriyik Allahu Akber

Eli 2021-01-25 19:17:51

Bizi mehv eden nadanlıq ve cehaletdir nadanlıq ve cahalet ki, müslivesi ancaq elm ve savad bir de ağıl ve derrakedir

Vüsal. 2021-01-25 08:04:13

Niyə bu məqaləyə belə ad qoruyursunuz ki? Ölkədə allahlıq cəhalətin təməlini qoyub, sonradan guya bu cəhalətin zərərlərindən danışmaq nə qədər səmimi olar? Hansı allahın əsgəri olub orda? Orda xalqın əsgəri olub. Bunu kiçiltməyin.

Son yazılar