“RUSİYA ƏLİNDƏN GƏLƏNİ ETDİ...” – Müharibə günlərində Ermənistan ordusunu Şoyqu idarə edib

Ermənistanın keçmiş Müdafiə naziri David Tonoyan Rusiyanın "Mediamax" agentliyinə müsahibəsində maraqlı etiraflar edib. O bildirib ki, Qarabağdakı müharibə zamanı Rusiya müttəfiqlik borcunu yerinə yetirmək üçün əlindən gələni edib.

Tonoyan müharibə boyu rusiyalı həmkarı Sergey Şoyqu ilə daim təmasda olduğunu və gün ərzində bir neçə dəfə onunla telefon danışığı apardığını söyləyib. "Məlum səbəblərdən detallara varmayacağam, amma birmənalı olaraq deyə bilərəm ki, müharibə zamanı Rusiya müttəfiqlik öhdəliklərini yerinə yetirmək üçün əlindən gələni etdi", - Tonoyan vurğulayıb. Keçmiş nazirin sözlərinə görə, Sergey Şoyqu ilə sıx təmasları müdafiə məsələləri ilə yanaşı, bir sıra digər “vacib məsələlərin” həllinə imkan verdi.

Xatırladaq ki, David Tonoyan müharibə bitdikdən bir neçə gün sonra baş nazir Paşinyan tərəfindən vəzifəsindən azad edilmişdi.

Keçmiş Müdafiə nazirinin dedikləri 44 günlük müharibə zamanı Rusiya-Ermənistan əlaqələrinə bir daha işıq salır. Əlbəttə, Azərbaycana bəlli idi ki, Moskva müttəfiqini müntəzəm olaraq silah-sürsatla təmin edir. Ölkə rəhbərliyi bunu sübut edən kəşfiyyat məlumatlarını açıqlayıb, Rusiyadan silahların hansı marşrutla Ermənistana çatdırıldığını göstərmişdi. Məsələ bir neçə dəfə ikitərəfli danışıqlarda və publik şəkildə Moskvanın qarşısında qaldırılaraq, etiraz ifadə edilmişdi. Amma Rusiya rəhbərliyi İrəvanla əlaqələrin ikitərəfli müqavilələr çərçivəsində həyata keçirildiyini bildirərək, bunun müharibə ilə əlaqəsi olmadığını iddia edirdi. Prezident Putin, Xarici İşlər naziri Sergey Lavrov döyüşlərin Azərbaycan ərazilərində getdiyini bildirərək, Rusiyanın ona müdaxilə etməyəcəyini vəd edirdilər. "Əgər müharibə Ermənistan ərazisinə keçərsə, o zaman KTMT çərçivəsindəki öhdəliklərə uyğun olaraq Rusiya prosesə müdaxilə edəcək", - Lavrov bəyantlarının birində ifadə etmişdi.

Amma David Tonoyanın dedikləri bunun əksini nümayiş etdirir. Müdafiə nazirinin döyüşlərin qızğın çağında rusiyalı həmkarı ilə hər gün bir neçə dəfə təmasda olmasını açıqlaması, əslində 44 günlük müharibə zamanı Ermənistan ordusunun Moskvadan idarə olunduğunun açıq təsdiqidir. Tonoyanın cəbhə bölgəsində tez-tez dəyişən situasiya ilə bağlı S.Şoyquya məruzə etməsi, ondan təlimatlar, tapşırıqlar alması anlamına gəlir. Müharibənın qızğın çağında gündə bir neçə dəfə telefon zəngləri başqa hansı ehtiyacdan yarana bilər ki?

Beləliklə, məlum olur ki, müharibə zamanı Rusiyanın yaratmağa çalışdığı tərəfsizlik obrazı əslində görüntü olub. Moskva bütün vasitələrlə müttəfqinin məğlub olmaması üçün çalışıb, ona ən müasir silahların verilməsi ilə də kifayətlənməyib, əvvəldən sona qədər döyüşü idarə edib. Amma bütün çabalar nəticəsiz qalıb. Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində Rusiya hərbi sənaye kompleksinin məhsulları ilə tam təchiz edilmiş Ermənistanın hərbi potensialının 80 fazini məhv edərək, onu atəşkəs imzalamağa məcbur edib.

E.Rüstəmli

"AzPolitika.info"

635x100

Şərhlər

ejder 2021-01-26 07:47:02

woyqu ermanistanin da ali baw komandaniymiw,malades

Eli 2021-01-26 00:31:18

Уважаемый Mirze Qafarlı по моему Вы ошибаетесь .Самый умный и порядочный руководительСССР быль Горбачов а России точни Международный Алкаш Ельчин а потом их сторонники в союзных республиках.

Qabil Hüseynli 2021-01-25 21:09:46

Ən böyük itkilərə Yeltsin dövründə m

M.Əsgərov 2021-01-25 19:23:26

Azğrbaycan Ordusu erməni-rus ordusuna qalib gəldi, ruslar böyük danışmasınlar , biz rusları darmadağın etmişik və özləri də bunu yaxşı bilirlər....

Xalq 2021-01-25 17:04:27

Əgər biz rus ordusunun müdafiə naziri şoyquya qalib gəlmişiksə niyə Türk Ordusu ilə birgə rus ordusunu vətənimizdən çıxarmayaq ki?

Roma 2021-01-25 14:37:51

Rusiya dövlətinin rəhbəinin dediyi ilə əməli düz gəlmir və bu başadüşüləndir. Belə ki, Rusiya 200-250 il bundan əvvəl ermənistanı yaradaraq Türk dünyasının başına oyunlar açır. Bu satqın və məkrli ermənilər də ruslara yaltaqlanaraq dövlətl

Cəmşid Dərələyəzli 2021-01-25 14:16:38

Davidin bunu deməsindən o çıxır ki, ikinci Qarabağ savaşında biz Ermənistanın timsalında Rusiyanı məğlub etmişik. Ona görə də Rusiya indi Qarabağda ermənilərə yaranmaqla məşquldu. Əsas roluda ondan ibarətdir ki, Pişik balasını daşıyan kim, gecə-gündüz zorla Ermənistandan bir neçə erməni gətirib, Qarabağda hayların sayını artırmaqla məşquldur. Özü də fərqinə varmadan ki, o ermənilər haralıdı. Soruşan yoxdur ki, bəs Xankəndindən olan Azərbaycanlıları niyə gəlib aparmırsınız. Birdə ki, sülhməramlının missiyası bu deyil axı. . Son sutka ərzində rus sülhməramlıları bu minvalla Ermənistandan Qarabağa yenidən 185 nəfər gətirərək, ümumilikdə Qarabağa qaytarılan ermənilərin sayını 50.843-ə çatdırıblar. Amac nədir. təbii ki, Amac bəllidir. Ona görə də Azərbaycan bununla bağlı tədbir görməli və oraya daşına ermənilərin Pasportlaşmasının təftişini aparmaq yönündə addımlar atmalıdır. İnşallah Rusiya arzuladığı qursağında qalacaqdır.

Cavad 2021-01-25 14:15:58

Bunları bilə-bilə bizimkilər yenə Rusiyadan əl çəkmirlər(5-ci kolon) Biz tezliklə Türkiyə ilə lazımi hərəkətə keçməsək bizi ağır fəlakətlər gözləyir.Bunu hamı hiss edir.Ona görə yubanmadan türk sülhməramlı əsgıərlərini Qarabağda .Laçın koridorunda yerləşdirməliyik..Hər keçən gün AZərbaycanın ziyanına işləyir.

t.ədalət 2021-01-25 13:55:13

Məlumdur ki,şoyqu müharibəni Azərbaycandakı agentura şəbəkəsi ilə idarə edirdi.Casuslar isə ancaq Nacmuddin Sadıkov deyildi.Onlardan indi də Azərbaycan ordusunun rəhbərliyində var.Ancaq Türkiyənin ciddi nəzarəti onlara əl-qol açmağa imkan vermirdi.Hətta cəbhə xəttinin içində belə var idilər.Ölkə prezidenti onların kim olduğunu çox yaxşı bilir.Rus ordusuna and içən həmin zabitlər xeyli əsgərlərimizin itkisinə səbəb oldular.Onların da cəzası veriləcək,İnşallah!Sevindirici haldır ki,bu müharibə rus ordusunun da məğlubiyyəti deməkdir.şoyqu və onun həmkarları Türkiyənin qurmuş olduğu döyüş taktikasının qarşısında aciz qaldılar.

Mirzə Qafarlı 2021-01-25 13:42:31

Москва всегда была и остается двухлицным. Это и его погубить. Мне кажется среди рукаводителей как Советское, так и ныне самым порядочным был Ельцин Б.Н.

Son yazılar