Menu

“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi

25.01.2021, 18:33
“BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi

Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib.

"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanında dəyişiklik edilməsilə mümkün olub.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”na dəyişiklik edilib.

Şərhlər

t.ədalət 2021-01-25 19:02:42

Bakı nəqliyyatı Bakı şəhər İH-nin tabeliyinə verilməyənə kimi bu sahədə irəliləyiş olmayacaq.Cərimələri Dövlət Avtomobil Müfəttişliyinə qaytarmaq,BNA-nı,sadəcə bir kiçik idarə etmək lazımdır.Cərimə yazmaq BNA-nı əsas vəzifəsindən-sərnişinləri daşımaqla məşğul olmaqdan yayındırır.Həm nəqliyyatçı,hgəm də qoçu olmaq bir araya sığmaz.Avtobusları şəxsi adamların monopoliyasından çıxarıb dövlətə qaytarmaq lazımdır.Bakı şəhərinin ərazisi kimi avtobuslar da oğruların biznesinə çevrilib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol