Menu

"Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır" - Baş nazir

25.01.2021, 21:37
"Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır" - Baş nazir

"Dövlət vəsaitlərindən səmərəli istifadə olunması üçün maliyyə inzibatçılığının keyfiyyəti yüksəldilməli, maliyyə intizamı gücləndirilməli, nəzarət mexanizmləri sistemi təkmilləşdirilməlidir".

"Report" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin tapşırıqları əsasında növbəti il üçün müəyyənləşdirilmiş prioritetləri açıqlayarkən deyib.

Onun sözlərinə görə, fiskal dayanıqlığın təmin edilməsi davamlı olaraq büdcə xərclərinin optimallaşdırılmasını, qənaət rejiminin tətbiq olunmasını, artıq və səmərəsiz xərclərin qarşısının alınmasını tələb edir.

Ə.Əsədov bildirib ki, Prezidentin tapşırığına əsasən, dövlət satınalmalarının şəffaflığı və effektivliyi təmin edilməlidir: "Şişirdilmiş qiymətlərlə satınalmaların qarşısı qətiyyətlə alınmalıdır. Tenderlərin keçirilməsinə xüsusi önəm verilməlidir".

Şərhlər

Arif Əliyev rabitəçi 2021-01-26 13:01:46

Təkcə Azərpoçt MMC-nin maliyə faliyəti yoxlanılsa hər bir şeyi güzgi kimi görmək olur.

t.ədalət 2021-01-25 22:09:44

Şişirdilmə bütün büdcə təşkilatlarında var.Məs.neft sənayesində istehsalat üçün zəruri olan nə varsa satınalma zamanı on qat baha qiymətə sənədləşdirilir.Bu da maya dəyəri xərclərini bahalaşdırır.Bakı şəhər mənzil təsərrüfatı idarəsi və Bakı metropoliteni idarəsi adi süpürgəni alqı zamanı on qat baha qiymətə sənədləşdirir və alıcıya bir qatı verilməmişdən əvvəl onlardan alınır,sonra köçürmə həyata keçirilir.Bütün İH başçılarının şəxsi pul nağdlaşdıran firmaları var.Onlar yardım-filan ad altında,guya nə isə alırlar kimi sənədləşdirmə aparır və pulu mənimsəyirlər.Bu işdə onlara vergi orqanları da yardımçı olurlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol