Menu

Xəzərdə həvəskar balıq ovuna qadağa yoxdur - Nazirlik

26.01.2021, 17:17
Xəzərdə həvəskar balıq ovuna qadağa yoxdur - Nazirlik

"Daxili su hövzələri və Xəzər dənizində həvəskar balıq ovu üçün heç bir qadağa yoxdur. Bu da o halda mümkündür ki, tutulan balıqların çəkisi 5 kq-dan artıq olmamalıdır".

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, balıq böyük həcmdədirsə, burada məhdudiyyət var: “İlin əvvəlində müəyyən məqsədlər üçün olan balıq ovu üçün də kvotalar verilir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol