“İran Qarabağ məsələsində ərazi bütövlüyünün tərəfdarıdır” - Zərif Paşinyanla görüşdə

“Rəsmi Tehran Qarabağ məsələsində beynəlxalq hüquq, milli azlıqların haqlarının gözlənilməsi və ərazi bütövlüyünün qorunmasının tərəfdarıdır”.

“Report” xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib.

XİN başçısı qeyd edib ki, Ermənistan İranın mehriban qonşusudur, iki ölkənin dost münasibətləri mövcuddur. Həmçinin o vurğulayıb ki, İranda Ermənistanın baş nazir Nikol Paşinyana qarşı sülh istiqamətində atdığı addımlara görə böyük hörmət bəslənir.

635x100

Şərhlər

Xalq 2021-01-27 21:44:35

sən Cənubi Azərbaycanda gözləyirsən milli azlıqların haqlarını?

Roma 2021-01-27 20:10:33

Görəsən İran İslam Respublikasının XİN rəhbəri, (dünyanın ən güclü və ən böyük müsəlman dövlətlərindən biri) paşinyan və digər erməni rəsmiləri ilə görüşdə məscidlərin dağıdılması və eləcə də orada donuz saxlanması kimi (bu bütün müsəlman aləmini narahat etməlidir) əməllərdən danışaraq onlara nəsə deyibmi, çətin....

Ramil 2021-01-27 19:18:42

Zərif İran nə vaxt digər xalqların hüquqların tanıyacaq? Gedib Er-da gic-gic bəyanat verirsən

Son yazılar