Menu

Türkiyədə koronavirusu dərhal öldürən sprey hazırlanıb

28.01.2021, 00:02
Türkiyədə koronavirusu dərhal öldürən sprey hazırlanıb

Türkiyədə bir neçə saniyə ərzində koronavirus infeksiyasını məhv edən preparat işlənib hazırlanıb. Bu barədə sözügedən məhlulun hazırlanması ilə məşğul olmuş Bursadakı Uludağ Universitetinin əməkdaşları danışıblar («Daily Sabah»).

Mütəxəssislərin sözlərinə görə, preparat nazal spreydən ibarətdir və bircə dəqiqə ərzində koronavirusu öldürmək qabiliyyətinə malikdir. Bu zaman sprey insanların selikli qişasında epitelial hüceyrələri öldürmür.

Qeyd olunur ki, hazırlanmış məhlulun anti-mikrob və anti-virus effekləri artıq testləşdirilib və bu nəticəyə gəlinib ki, o, effektlidir və bakteriya və virusların çoxalmasının qarşısını alır.

AzPolitika.info

Şərhlər

Xalq 2021-01-28 00:40:36

bu sprey 1000 ştammın hamısını məhv edə bilirmi? məncə 1000 ştamı 1000 alim arasında paylayıb sonra hər ştama qarşı bir dərman hazırlamaq və ümumi bir iynə hazırlamaq lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol