Menu

Rusiyadan bir sıra müntəzəm beynəlxalq uçuşlar ləğv edilib

27.01.2021, 22:33
Rusiyadan bir sıra müntəzəm beynəlxalq uçuşlar ləğv edilib

“Aeroflot” şirkəti Rusiyadan bir sıra müntəzəm beynəlxalq uçuşları ləğv edib.

APA-nın “RİA Novosti”yə istinadən məlumatına görə, bu barədə şirkətdən bildirilib.

Xəbərə görə, “Aeroflot” şirkəti bu qərarı mart-aprel aylarında koronavirus pandemiyası ilə əlaqədar davam edən məhdudiyyətlər səbəbindən verib.

28 mart-30 aprel tarixlərində ləğv edilən reyslərə Moskvadan Bakıya uçuş da daxildir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol