Menu

ÜST-ün Çinə səfər etmiş nümayəndə heyəti karantindən çıxıb

28.01.2021, 12:02
ÜST-ün Çinə səfər etmiş nümayəndə heyəti karantindən çıxıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çinə səfər etmiş nümayəndə heyəti karantindən çıxıb.

APA-nın AFP-yə istinadən verdiyi xəbərə görə, yeni növ koronavirusun (COVID-19) mənşəyini öyrənmək üçün iki həftə əvvəl Çinə səfər edən ÜST-ün tədqiqatçılardan ibarət nümayəndə heyəti Uhan şəhərində karantində qaldıqları oteli tərk ediblər.

Bildirilib ki, onların iki həftəlik karantin müddəti başa çatıb. Karantində olarkən videokonfrans formatında çalışan qrupa ÜST-ün aparıcı mütəxəssisi Peter Ben Embarek rəhbərlik edir. Onun tədqiqatlar üçün Çində iki həftə daha qalması gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol