İranda son sutkada 85 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 85 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S. Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 57 736 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 627 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1398841 nəfərə çatıb. Virus daşıyıcılarından 4018 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1189975 nəfər koronavirusdan sağalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar