Menu

"Baku Medical Plaza"nın həkimləri Fəxri Fərmanla təltif olunub - SİYAHI

28.01.2021, 17:10
"Baku Medical Plaza"nın həkimləri Fəxri Fərmanla təltif olunub - SİYAHI

"Baku Medical Plaza" Klinikasının həkimləri Fəxri Fərmanla təltif olunub. Bu barədə klinikanın saytında yayılan məlumatda bildirilir:

"44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində rəşadətli Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Böyük Qələbə müasir müstəqil Azərbaycan dövlətinin hərbi qüdrətinin, iqtisadi gücünün nümayişi ilə yanaşı, xalqımızın qələbə əzminin əyani təsdiqi idi. 

44 gün ərzində Vətən müharibəsinin ağ xalatlı qəhrəmanları da əsgərlərimizlə birgə mübariz mövqe sərgilədilər, hər biri çalışdığı sahənin qorxmaz əsgərinə çevrildi! Onlar ön və arxa cəbhədə igidlərimizə dəstək, yaralılara məlhəm oldular, tarixi Zəfərə öz töhfələrini verdilər.

  1. Kamil Gökhan Açar - Ümumi cərrah
  2. Rafət Əliyev - Direktor
  3. Vüsal Mahmudov - Travmatoloq
  4. Alik Qurbanov - Ümumi cərrah
  5. Bəxtiyar Qəhrəmanov - Ümumi cərrah
  6. Rəşad Cəfərov - Ümumi cərrah
  7. İsrafil Həsənov - Ümumi cərrah
  8. Eslanda Səlimova - Ümumi cərrah
  9. Əsədova Günay - Ümumi cərrah
  10. Xəyyam Babayev - Ümumi cərrah
  11. Rauf Kərimov - Plastik cərrah
  12. Tengiz Cəlilov - Damar cərrahı
  13. Kamal Quliyev - Anestezioloq-Reanimatoloq
  14. Ərəstun Məmmədov - Anestezioloq-Reanimatoloq
  15. Elşən Həsənov - Anestezioloq-Reanimatoloq
  16. Vüsal Eyvazov - Anestezioloq-Reanimatoloq
  17. Ruslan Əsədov - Radioloq
  18. Tural Rəhimli - Neyrocərrah
  19. Tural Hidayətov - Neyrocərrah
  20. Tural Rəcəbov - Neyrocərrah
  21. Bəxtiyar Hüseynov - Uroloq
  22. Zaur Aslanov - Neyrocərrah
  23. Niyazi Qəmbərli - Ümumi cərrah
  24. Vüsal İsmayılov - Travmatoloq
  25. Kuliyev Pərviz - Radioloq
  26. Nərgiz Əhmədova
  27. Dilqəm Məhərrəmov
  28. Səlimə Səfərova - Anestezioloq-Reanimatoloq
  29. Rəna Əhədova - Anestezioloq-Reanimatoloq
  30. Mobil Qəhrəmanov - Anestezioloq-Reanimatoloq
  31. Əsmər Quliyeva - Ümumi cərrah (Rezident)

Döyüş bölgəsində yaralı əsgərlərin ümid yerinə çevrilən fədakar həkimlərimiz bütün bunları özlərinə mənəvi borcu hesab edir. Qazanılmış qələbədə müzəffər Azərbaycan Ordusu ilə yanaşı, onların sağlamlığı keşiyində dayanan həkimlərimiz də yeni və qürurlu tarix yazdı!

Baku Medical Plaza Klinikası olaraq Şəhidlərimizə Allahdan rəhmət diləyirik, onların ruhu qarşısında baş əyirik, yaralı əsgərlərimizə isə tezliklə sağlamlıqlarının bərpa olunmasını arzulayırıq. Əsgər və zabitlərimizin səhhətinin qayğısına qalan qəhrəman həkimlərimizlə isə fəxr edirik!"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol