Menu

Baydenin nəsil şəcərəsində Kiyev knyazları da var

29.01.2021, 09:26
Baydenin nəsil şəcərəsində Kiyev knyazları da var

Ukraynanın “İstoriçeskaya pravda” nəşri ABŞ-ın 46-cı prezidenti Co Baydenin nəsil şəcərəsini araşdırıb. Araşdırma müəllifləri iddia edirlər ki, Baydenin əsli Kiyev knyazlarınadək gedib çıxır.

Belə ki, XIV-XV əsrlərdə İngiltərədə Baydenin birbaşa əcdadı olan Saymon de Fellbriq adlı baron yaşayıb. Baron Polşa knyazı I Pşemıslav Nosakın qızı Malqojata Teşınskaya ilə evli olub. Polşa knyazının anası isə Kiyev Rus dövlətinin başçısı I Yurinin nəticəsi idi.

Baydenin nəsil şəcərəsində Böyük Vladimir və Yaroslav Mudrıy kimi məşhur tarixi şəxsiyyətlərin törəmələri sayılan Rürikoviçlərlə qohum olan Polşa zadəganları da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol