Menu

Neftdə 2015 proqnozu - Qiymətlər düşməkdə davam edəcək

14.10.2014, 18:21
Neftdə 2015 proqnozu - Qiymətlər düşməkdə davam edəcək

Beynəlxalq Enerji Agentliyi (IEA), 2015-ci ildə dünyanın neft tələbindəki artımın təxmin ediləndən daha çox aşağı olacağını və neft qiymətlərinin düşməyə davam edəcəyini açıqladı.

IEA-in bu gün açıqlanan aylıq hesabatında, "Son dövrlər qiymət enişlərinin ardında həm təklif, həm də tələb rol oynayır. Təklifin azalması ya da tələbin artması üçün neft qiymətlərinin daha da düşməsi lazımdır" qeyd edilib.

IEA, sənayeləşmiş ölkələrə enerji məsləhətləri verən bir təşkilatdır. Neft qiymətləri, Sentyabrda da ardıcıl üçüncü ayda ucuzlaşmasını davam etdirib. Brent neftin qiyməti bu ay təklif bolluğu, tələb artımındakı yavaşlama və dolların dəyərlənməsinin təsiri ilə 88 dollardan aşağı enərək dörd ilin ən aşağı səviyyəsini gördü.

IEA, 2014-cü il üçün neft tələbi barədə proqnozunu gündə 200,000 barel azaldaraq gündə 0.7 milyon barelə endirdiyini açıqladı. Agentlik, 2015-ci ildə tələbin bu illə müqayisədə 1.1 milyon barel artaraq gündə 93.5 milyon barelə yüksələcəyini proqnozlaşdırdı. Bu illə müqayisədə 1.2% artıma bərabər gələn bu proqnoz, yenə də IEA-in daha əvvəlki proqnozundan gündə 300,000 barel aşağıdır. Hesabatda, 2014-cü ilin ikinci yarısında neft qiymətlərindəki sərt enişin qlobal tələbə bir miqdar dəstək təmin etməsinin mümkün olduğu qeyd edilsə də, ümumiyyətlə zəif olan iqtisadi mühitin qiymətlərin aşağı düşməsinə və tələbin azalmasına səbəb olacağı da vurğulandı.

OPEC QİYMƏTLƏRİ İSTİQAMƏTLƏNDİRMƏYƏCƏK

IEA-nın baş analitiki Antoine Halff, Neft İxrac edən Ölkələr Birliyinin (OPEC) bazarda artıq qiymətləri istiqamətləndirmək imkanına malik istehsalçı rolunu boynuna götürə bilməyəcəyini söyləyib. Halff, qiymətlər düşərkən bazarın tarazlaşdırılması məqsədi ilə istehsalın salına bilməsi üçün ABŞ-ın qaya nefti, Kanada və Braziliyaya bağlı yüksək xərcli proyektlərə ehtiyac yarana biləcəyini də bildirib.  /"Marja"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol