Menu

BMT baş katibi son 5 ildə Qəzzaya ilk dəfə səfər edib

14.10.2014, 18:32
BMT baş katibi son 5 ildə Qəzzaya ilk dəfə səfər edib

BMT baş katibi Pan Gi Mun son 5 ildə ilk dəfə olaraq, Qəzza zolağına gedib.

SalamNews-un Əlcəzirəyə istinadla verdiyi xəbərə görə, BMT baş katibi Qəzzada İsrailin təcavüzü nəticəsində dağıdılmış binalar və infrastrukturadan çox narahat olduğunu bildirib.

Qəzza şəhərində mətbuat konfransında iştirak edən, BMT baş katibi yerli sakinlərə ümid dolu mesajlar gətirdiyini deyib.

O həmçinin vəd verib ki, İsrail bu gündən etibarən tikinti materiallarının Qəzzaya idxalına olan maneləri götürəcək və əldə edilmiş razılıqlara əməl edəcək.

Qeyd edək ki, BMT baş katibi Qahirədə Qəzzanın yenidənqurması ilə bağlı donorların toplantısına gəlib və o , oradan Ramallah və Qəzzaya baş çəkib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol