“PUTİNİN SARAYI”NIN “SAHİBİ” TAPILDI – “Biz orada mehmanxana tikmək istəyirik...”

Müxalifətçi Aleksey Navalnının barəsində film çəkdiyi, böyük səs-küyə, qalmaqala səbəb olan və “Putinin sarayı” kimi tanınan Krasnodar vilayətindəki böyük malikanənin “sahibi” üzə çıxıb.

“AzPolitika.info” xəbər verir ki, rusiyalı milyarder, Vladimir Putinin yaxın ətrafında təmsil olunan və dostu sayılan Arkadi Rotenberq bu gün Rusiya mətbuatına açıqlama verərək, Gelincik şəhərində, Qara dənizin sahilində yerləşən və 1 milyard dollardan artıq dəyəri olan malikanənin ona məxsus olduğunu bildirib.

Ərazini və oradakı sarayı tərifləyən milyarder deyib ki, indiyə kimi səsini çıxarmaması, həmin mülkün sahibi olduğunu söyləməməsi “insan amili” ilə bağlıymış: “Biz orada mehmanxana tikmək istəyirik, ona görə də otaqların sayı çoxdur. Mehmanxana biznesi çox xoşuma gəlir, hələ bunu sonradan turizm biznesinə çevirəcəyimi demirəm. Orada qanunsuz heç nə yoxdur...”

Milyarder deyib ki, bu tikintiylə bağlı qalmaqalları nəzərə alaraq, onu mümkün qədər tez – 1.5-2 ilə başa çatdırmaq istəyirlər.

Xatırladaq ki, sözügedən malikanə ilə bağlı Aleksey Navalnının müəllifi olduğu filmə baxış sayı artıq 103 milyonu keçib. A.Rotenberqə gəlincə, o, “Qazprom”-la əlaqəli biznesə, həmçinin böyük tikinti biznesinə malik şəxs kimi tanınır və Vladimir Putinin ən yaxın dostlarından biri hesab olunur. 

Onun qalmaqal başlayandan xeyli müddət sonra sarayın sahibliyini öz üzərinə götürməsi isə Rusiyanın müstəqil mətbuatında və sosial şəbəkələrdə ironiya ilə qarşılanıb.

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Eli 2021-01-30 22:22:18

Ay Senin üzün gülsün Volodya .Demeli bütün Dünyanın Prezidentleri yığışıb qerara gelibler ki bu dünyanı sökmek lazımdır nece lazımdır bunlar da sökürler here öz milletinin adet enenesine uyğunolaraq

Eli 2021-01-30 22:16:17

Demeli Rusiyanın en mükemmel kurort mekanında milliardlıq deyerinde Saray tarixdr az az tikilen bir obyekt inşa olunur Putinin ya Patruşevin xeberi olmur Ancaa gizli yolla Qarabağa gelen terrorçulardan ФСБ o deqiqe xeber tutur.Yazıq mesum Pufin ve onun Tehlükesizlik orqanlarında işleyen etibarlı filqulağında tatan etibarlı işçileri

Eli 2021-01-30 21:43:24

Yazıq Hezret Abbas Allah rehmet elesin.Men ancaq Size bir şey deyim:Putin müellim deyirler desinler Bu obyekt Senin deyil niye özünü müdafie edirsen yeni sogan ve için yanması neyine lazım ölkede ne qeder istesen bele obyekt .İndi bir yetim yevreyi tapıblar ki sen deme bu obyekt senindir o da deyir ki Kisinger canı menimdir yaxıq Putin derman almağa. pul tapır ki

vovaya 2021-01-30 21:32:41

31 yanvar çox maraqlıdır!

Fəli 2021-01-30 17:19:08

Yemedik bu gölü Rotenberq müəllim.Soxammazsan..Həzrətabbas haqqı SARAY Putinindi hec vücuda bilməz..

BAKILI 2021-01-30 17:18:16

Inanan dawa densin

Son yazılar