Menu

“Dövlət üçün COVID-19-a qarşı vaksin gəlir mənbəyi ola bilməz” - Zelenski

30.01.2021, 23:22
“Dövlət üçün COVID-19-a qarşı vaksin gəlir mənbəyi ola bilməz” - Zelenski

Ukraynada koronavirusa qarşı vaksinasiya dövlət büdcəsi hesabına aparılacaq. “RİA Novosti” agentliyi xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski açıqlama ilə çıxış edib.

“Ukraynada COVID-19 qarşı peyvənd pulsuz olacaq. Özəl xəstəxanalarda vaksinasiyanın nəçəyə başa gələcəyini bilmirəm, amma bu profilaktika əksər ukraynalıların şəxsi büdcəsinə ziyan vura bilər. Dövlət üçün COVID-19-a qarşı vaksin gəlir mənbəyi ola bilməz”, - deyə V.Zelenski qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol