Menu

Büdcədən Avropa Oyunlarına 1,3 milyard gedəcək

14.10.2014, 18:46
Büdcədən Avropa Oyunlarına 1,3 milyard gedəcək

2015-ci il dövlət büdcəsində əsaslı xərclər üçün 9 mlrd. 366,0 mln. manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2014-cü illə müqayisədə 965,0 mln. manat və ya 11,5 faiz çoxdur.

Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 44,4 faiz təşkil edəcəkdir.

“Marja” xəbər verir ki, bu barədə 2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatında deyilir.

Təqdimatda qeyd olunur ki, əsaslı xərclərin tərkib hissəsi olan dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərclərinə 2015-ci il dövlət büdcəsi xərclərindən 6 mlrd. 930,0 mln. manat, o cümlədən Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üçün idman infrastrukturlarının yaradılması, hazırlıq və digər təşkilatı işlərlə bağlı xərclərə 1,3 mlrd. manat, Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üçün 928,0 mln. manat sərf ediləcəkdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol