Bu gün - yanvarın 31-də Tarif Şurası suyun qiymətini yüz faiz bahalaşdırıb. Şuradan verilən məlumata görə, iclasda “Azərsu” ASC-nin müraciəti müzakirə olunub və bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub. Qərar 2021-ci il fevralın 1-dən qüvvəyə minir.
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tariflərinə yenidən baxılmasına səbəb kimi son illər su təchizatının əhatə dairəsinin genişləndirilməsi, əhalinin fasiləsiz və keyfiyyətli su təchizatı üçün yeni infrastrukturların istismara verilməsi ilə əlaqədar elektrik enerjisi, mal-material, nəqliyyat və təmir xərclərinin artması, həmçinin Səhmdar Cəmiyyət üzrə işçilərin sayının və əməkhaqların yüksəlməsi nəticəsində mövcud tariflərlə gəlirlərin fəaliyyət üzrə xərcləri qarşılamaması göstərilib.
Tarif tənzimlənməsi “Azərsu” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin sağlamlaşdırılmasına imkan yaradacaq. Həmçinin fasiləsiz su təminatının əhatə dairəsinin daha da genişlənməsinə şərait yaranacaq, Səhmdar Cəmiyyətin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün əlavə imkanlar formalaşacaq. Dövlət büdcəsindən “Azərsu” ASC-yə vəsait ayrılması dayandırılacaq və bu vəsaitin sərbəstləşməsinə imkan yaranacaq.

“Son tarif tənzimlənməsi 2016-cı il mayın 13-də aparılıb. Ötən müddət ərzində abonentlərin sayı 200 mindən çox artıb. 2016-2020-ci illərdə orta aylıq əməkhaqqı 41%, pensiya 69% artıb. Hazırda orta aylıq əməkhaqqı 703,5 manat təşkil edir. Qeyd edək ki, bundan əvvəlki tarif dəyişikliyi aparılmış 2016-cı ildə orta aylıq əməkhaqqı 500 manat idi”-deyə məlumatda qeyd olunur.
Şura tənzimləmədən sonra belə, tariflərın bir sıra MDB ölkələrində olduğundan aşağıdır. Belə ki, əhali üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətinin birlikdə tarifi Moskvada (Rusiya) 1,70 manat/kubmetr, Kiyevdə (Ukrayna) 1,42 manat/kubmetr, Minskdə (Belarus) 1,17 manat/kubmetr, Ankarada (Türkiyə) isə 0,64-1,28 manat/kubmetr təşkil edir. Tarif dəyişikliyinin aylıq istehlak səbətinə 2,50 manat, bir abonentin aylıq xərcinə isə təxminən 5 manat təsir edəcəyi proqnozlaşdırılır.
Tarif Şurasının qərarını şərh edən iqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, əslində istehlak olunan suyun qiymətini 70 qəpik yox, 1 manatdan hesablamaq lazımdır.
“Çünki hökumət mənzildə nə qədər su istehlak eləsəniz, onu kanalizasiya və qeyri-kanalizasiya istehlakı kimi ayırmır - bütün istehlakı içməli su və kanalizasiya tarifinə birlikdə vuraraq qəbzdə cəmi ödəməli olduğumuz haqqı yazır. Yəni su kranınız açıldğı an, tarif 1 manatdan hesablayır. Sayğac onu kanalizasiya və qeyri-kanalizasiya məqsədli su kimi ayırıb haqq hesablamır”-deyə Ağayev qeyd edib.

R. Ağayev misal çəkərək göstərir ki, məsələn, bir ailə ayda 10 kub su işlədib, onun 1 kubu şəxsi istehlaka, mənzildəli güllərinizi suvarmağa getsə də, həmin 1 kuba da kanalizasiya xidmətinin tarifi əlavə olunmaqla ödəniş hesablanacaq.
İqtisadçının sözlərinə görə, Azərbaycan vətəndaşının büdcəsi üçün 1 manat su haqqı çox yüksəkdir: “Hətta çox insafsız şəkildə minimum istehlak normaları tətbiq olunan minimum xidmətlər səbətində hər ay bir sakin üçün 10 kub istehlakı nəzərdə tutulur. 4 nəfərlik ailə üçün minimum 30 kub işlənir - hətta israfçılıq olmadan belə. Bu 30 manat edəcək.
Kommunal xidmət şirkətləri boğaza qədər korrupsiyanın içərisində olmasa idi, adi bir şöbə rəhbəri 100-150 minlik maşında gəzməsə idi, hesabatlılıq və şəffaf qiymət əmələgəlmə sistemi olsa idi, xidmətlər keyfiyyətli olsa idi, qiymətərin hətta bahalığı belə insanları indiki qədər narazı qalmazdı”.
Ekspert bildirir ki, mənzillərdə istehlak olunan suyun bütün həcmini bir dəfə kanalizasiya tarifinə, bir dəfə təzədən istehlak olunan su həcminə vurmaq tariflərlə manipulyasiyadır: “Fərqi yoxdur, sizin istehlak etdiyiniz 10 kubu bir dəfə 30 qəpiyə vurub kanalizasiya, bir dəfə də 70 qəpiyə vurub umumi istehlak məqsədli su üçün ödənişiniz hesablayırlar. Ya da sadəcə istifadə elədiyiniz 10 kubu birbaşa 1 manata vurmaq.
Yox, gerçəkdən hökumət bu xidmətlər üzrə tarifləri fərqləndirirsə, istehlak normasını da fərqləndirməlidir. Tutaq ki, istehlakın 70%-i kanalizasiya, 30%-i digər istehlak üçün hesablanmalıdır. Məsələn, hər gün mənzildə bəslədiyimiz güllərə 30 litr, ay ərzində 1 kubmetr su istehlak edilir. Nəticədə axı biz bu istehlaka 1 manat ödəmiş oluruq axı, 70 qəpik yox. Yaxud biz ay ərzində 10 kub su istehlakının 7 kubunu gidiyenik məqsədlərlə istifadə etmişik. Bu halda axı 7 kub kanalizasiya tarifi olan 30 qəpiyə yox, 1 manata vurlur”.

İqtisadçı Samir Əliyev isə bildirir ki, ailə üzvlərinin sayı 5 nəfər olan, ancaq sayğacı olmayan abunəçilər isə ayda hökumətə 25 manat ödəməli olacaqlar. Onun sözlərinə görə, yanacağın ardınca içməli suyun bahalaşması əhalinin xərclərini daha da artıracaq.
“Onların onsuz da son aylar azalmış gəlirləri isə real inflyasiyanın yeminə çevriləcək. Proses zəncirvari olduğundan qiymət artımı təkcə gündəlik istehlak mallarını yox, həmçinin qiymətləri dövlət tərəfindən tənzimlənən digər mal və xidmətlərin bahalaşmasını da şərtləndirəcək. Bu artımın ardınca elektrik enerjisinin, qazın qiymətinin bahalaşması artıq zaman məsələsidir”-deyə ekspert vurğulayıb.
S. Əliyev qeyd edir ki, yanacaqda olduğu kimi bu dəfə də Tarif Şurasının əsaslandırması qüsurludur: “Məsələn, Şura qeyd edir ki, artımın səbəblərindən biri də elektrik enerjisi xərclərinin artımıdır. Məlumat üçün deyim ki, “Azərsu” ASC-nin son qiymət artımından sonra elektrik enerjisi xərcləri 40% artıb. Bu müddətdə Səhmdar Cəmiyyət üzrə əmək haqqı fondunun artımı 30% olub. Belə olan halda suyun qiyməti niyə 100% artırılır? Deməli, səbəb bu deyil. Əsl səbəb isə bu cümlədə əksini tapıb: “Tarif dəyişikliyi nəticəsində “Azərsu” ASC-nin dövlət büdcəsindən asılılığı azalacaq…”
Bu vaxtadək tənzimlənən qiymətlərin artırılması dövlət büdcəsindən asılılığın azaldılması ilə izah edilib. Ancaq bunu hələ də görmürük. Büdcədən milyardlarla vəsait kommunal sektora yönəldilir, asılılıq isə bitmir. Ona görə bitmir ki, kommunal xidmət göstərən şirkətlər şəffaf işləmir, ictimaiyyət üçün qapalıdır, idarəetmə səmərəsizdir”.
İqtisadçı qeyd edib ki, qiymətin 2 dəfə artırılması da asılılığı azaltmayacaq. Yenə də 2-3 ildən sonra bugünkü əsaslandırmanı göstərməklə qiymət artımına gedəcəklər.
“Şuranın sonuncu əsaslandırması abonentlərin sayı 200 mindən çox artması, “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının əhatə dairəsi 50%-dən 70%-ə, fasiləsiz su təchizatı isə 65,6%-dən 70,5%-ə yüksəlməsi ilə bağlıdır. Əvvəla əhatə dairəsinin artımı birmənalı olaraq dövlət vəsaitləri hesabına baş verib. “Azərsu” abunə pulu ilə infrastruktur yaratmayıb. Digər tərəfdən abunəçilərin sayının artması “miqyas effekti” yaradır. Yəni abunəçi sayı artdıqca suyun maya dəyəri də azalır. Nəzərə alaq ki, “Azərsu” kəndlərə, xüsusən də ucqar kəndlərə xidmət göstərmir, ancaq rayon mərkəzlərini su ilə təmin edir”-deyə iqtisadçı vurğulayıb.
Samir Əliyev sonda bildirib ki, kommunal xidmətlərdə bu vaxta qədər baş vermiş artımlar 2015-ci ildə baş vermiş devalvasiyanın fəsadlarıdır və proses başa çatmayıb: “Əgər növbəti devalvasiya baş verərsə, kommunal xidmətləri bahalaşması yenidən baş verəcək”.
“AzPolitika.info”

Şərhlər
Yanacağın qiymətini qsdən qaldırırıa ki,(həqiqətdə isə buna lüzun yoxdur) bürün qida və sənaye mallarının,dərman vəxidmətlərin qiymətləri qalxsın,əhaliyə zülm olsun,monopolistləp daha çox varlansınlar.Bu həqiqətdə belədir.....
Yersiz,əsassız və vaxtsz bahalaşma! Sədrin villasının qiyməti ilə 10 il əhaliyə pulsuz su verilə bilər.Hələ başqa vəsaitləri bir kənara!O zaman əgər su təsrrüfartı belə ağir maliyyə çətiniyində isə bəs sədrin vari-datı necə və hans pulara başa gəlib.
"Azərsu" ASC-nin fəaliyyəti korrupsiyadır və onun sədri Qorxmaz Hüseynov artıq oliqarxdır. Mən İranda olmuşam, Tehranda İran şahının malikanəsini muzey kimi saxlayıblar və mən həmin malikanəni gəzdiyimdən deyə bilərəm ki, Qorxmazın malikanəsi ondan 3-4 dəfə daha möhtəşəmdir. Qorxmaz kimilərinin tarixinə nəzər salanda görəcəyik ki, yataqxanada bir qarnı ac yaşamışın biridir. Vəzifəsi böyüdükcə iştahası ondan 50 dəfə artıq böyüyür və özünü əvəzedilməz bir şəxsiyyət hesab edir. Bir sözlə əmlakı əlindən alınmalı və törətdiyi cinayətə adekvat cəzalanmalıdır...
Ən azı pandemiya şəraitində suyun bahalaşması yaxşı hal deyil
Axbiz neyləyə bilərik Ağabala
Bizimkilər çox humanistdirlər,ancaq özümüzə yox başqalarına,həttda düşmən erməniyə də. Z.Oruc deyirdi Xankəndini erməniyə aid olan əraziləri də salaq büdcə xərclərinə. Başqa birisi deyirdi ki ermənini yaxşı yedirdib içirdsək keçəcək biz tərəfə. İndi yəqin düşmənə müharibədə dəyən zərəri,bu günkü xərclər,sürhməramlıların xərcini bizimkilə götürüblər öz üzərinə, çünki hunanistdirlər axı. Onu indi müxtəlif üsullarla bizdən çıxaracaqlar. Yaman gündəyik. Milyardlar bəlkə trilyon gəliri olan millətik,sncaq nə günə salıblar bizi. Xahiş edirəm imkan varsa bunu elə beləcə də verin.
Malades...
..... Qoy ichsinler doyunca.
Bu nedir bele ? Her gun neyise galdirillar? Pensioner adamam hechneye pul chatmir. Hele bir utanmaz utanmaz giymet galdirillar.
Bu artim choxdan gozlenilirdi. Chox yerinde verilmish gerardi. Destekleyirik. Inaniram ki Azersu daha da ucalacaqdir.
Noulub noye naraziliq edirsiniz? Benzin ishiq qalxanda bir soz demirsiz. Amma suya naraziliq edirsiz. Bugeder aile dolanir Azersudan biraz anlayishli olun
Azersu nun sebail rayon idare reisi qonshumuzdur. Hech yerde ishlemiyen ogluna Galenwagen aldi. Zehmet olmasa arashdirilsin. yeni
Toxun acdan xəbəri yoxdur. Çünki ölkəyə 20 ildə gələn yüzlərlə milyardları məmurlar oğurlayib yığıblar altlarına, indi də yetim-yesiri axırıncı loxmasını da alırlar ki ölən ölsün qaçan qaçsın. Neft milyardları da özlərinindir. Allah namərdi bir dəfə cəzalandırır, ancaq çox dəhşətli cəzalandırır. Xalqdan qorxmasanız da Allahdan qorxun. Allahsızlıq etməyin. Bir gün cavab…….
SUYUN QİYMƏTİNİ 3 MANAT ELƏSƏLƏRDƏ AZƏRSU ZİYANLA İŞLƏYƏCƏK.CÜNKİ ORADA ŞƏFFAVLIQ,DÜRÜSTLÜK YOXDUR.DÖVLƏT TƏRƏFİNDƏN AZƏRSUNUN XƏRCLƏRİNƏ GİDDİ NƏZARƏT SİSTEMİ YARADILMASA BELƏDƏ GEDƏCƏK.
Deyirler baki meqapolisdi baki dubaydi ancaq helede bakida su ve kanalizasiya xetti olmayan kend ve qesebeler var
öləndə yumağa su tapmayacaqlar, eybi yox Allah böyüldür
2015ci ilin axırına qədər bütün şəhərlərdə fasiləsiz su sistemi qurulacaqdı, bütün bölgələrə kanalizasiya çəkiləcəkdi. Milyardlarla pul ayrıldı bunun üçün. Hələ də fasiləsiz su ilə təmin olunan 10% ərazi yoxdur. Milyardlar sizin Maddi texniki bazanızı təmin etmədi??? Əvvəlcə benzin, indi su, sırada nə var???
Merdekanda kanalizasiya yoxdur, niye 1 manat olmalidir?
boş şəhərləri və kəndləri idarə etmək şakərləri var çünki belə idarə etmək asandır ona görə hamını qovur və yaşanmaz şərait yaradırlar
İşıq da qalxsa mənim ailəmin yaşamağı Allah ömüdünə qalacaq
"Azərsu" Cəmiyyətinin özülünü, Oqtay Əsədov qoyub və ona görə də, həmin Cəmiyyət heç cür maxinasiyalardan qurtula bilmir.Əhalidən yığılan və eləcə də Dövlət tərəfindən ayrılan vəsait düzgün xərclənərsə, suyun qiymətini artırmaq yox azaltmaq lazım gələrdi...
Bes Azer su yun məmurları hardan yiqsin milyonnari ? Hôkumet hara baxir ? Milleti niye pis qûne salirsiz ? Allah qôrûr axi !!!!
Halal olmasin !!! Ôz suyumuzu ôzûmûze satin , Azersun
korrupsiys,oqurluöun neticesi...
Danışılası deil , bu nə biyabırçılığdı
Hökumət əıhaliyə qayğını artırmaq əvəzində onu bahalıqla və digər çətinliklərlə sınağa çəkir.Bu yol müstəmləkə yoludur,nadanlıq yoludur.Bu yol milləti özgə ölkələrə getməyə məcbur etmək yoludur.Onu da bilmək lazımdır ki,YAP üzvü olmayan əhali hazırda işsiz və sərgərdan həyat sürür.
Suyun qiymətini hələ 3 dəfə də artırmaq olar. Əhali çimməsin, 3 gündən bir tualetə getsin ( ya da kol dibindən istifadə etsin) ,xərci də artmasın...
indi yəqin ki, hər şeyin qiyməti qalxacaq!
Azersu evvelden en cox korrupsiyalasmis teskilat olub onun cezasinida biz ehali cekirik hemise
Açıq deyin görək nə etmək fikrindəsiniz. Bu milləti tamamilə dilənçi gününə salmısınız. Xəbəriniz yəqin ki var. Bundan sonra məqsədiniz nədirsə açıq deyin görək bizi tamamilə məhv etmək firindəsiniz ya nə isə başqa?