Menu

Bakıda daha bir qəza

31.01.2021, 23:30
Bakıda daha bir qəza

Paytaxtda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə magistral yolun Qaradağ rayonundan keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1982-ci il təvəllüdlü Allahverdiyeva Fatimə Yusif qızı müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol