Menu

Şamaxıda 2,7 bal gücündə zəlzələ olub

01.02.2021, 22:10
Şamaxıda 2,7 bal gücündə zəlzələ olub

Bu gün Şamaxı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmətin Zəlzələlərin tədqiqatı bürosundan APA-ya verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 20:13-də Pirqulu stansiyasından 2 km qərbdə baş verib.

2,7 bal gücündə qeydə alınan zəlzələ Şamaxı rayonunda 3 bala qədər hiss olunub. Yeraltı təkanın ocağı 7 km dərinlikdə olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol