Menu

"Qarabağda gərginliyin götürülməsi istiqamətində Putinin işi filiqrandır" - Medvedyev

02.02.2021, 00:10
"Qarabağda gərginliyin götürülməsi istiqamətində Putinin işi filiqrandır" - Medvedyev

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev prezident Vladimir Putinin Dağlıq Qarabağda vəziyyətin normallaşdırılması üzrə işini filiqran (çox dəqiqliklə həyata keçirilmiş, düşünülmüş və incə detallarına qədər cilalanmış) adlandırıb.

Sabiq prezident və Baş nazir fevralın 1-də Rusiya KİV-nə verdiyi müsahibədə Azərbayan və Ermənistan arasında münaqişənin 2016-cı ildə (aprelin əvvəli) kəskinləşdiyini xatırladıb və əlavə edib ki, «o zaman xəritə (tənzimləmə xəritəsi) hazırlanıb, amma təəssuf ki, ölkələr bundan istifadə etməyiblər».

Dmitri Medvedyevin sözlərinə görə, bütün bunlar «üzücü, böyük sayda itkilərə səbəb olan» yeni münaqişəyə gətirib çıxardıb.

«Çox yaxşıdır ki, Rusiya prezidentinin işi sayəsində, həm də bu iş filiqran olub, mən günlərin birində bu işi müşahidə etmişəm. Vladimir Vladimiroviç saatlarla bütün münaqişə tərəflərilə diskusiyada olub - əgər onun fəaliyyəti olmasaydı, belə deyək, bu münaqişə indiyə qədər davam edə bilərdi. Həmin nəhəng zəhmətə görə, Azərbaycanla Ermənistan böyük nisbətdə, Rusiya prezidentinə minnətdar olmalıdırlar» - Medvedyev qeyd edib.

TŞ-nın sədr müavini əlavə edib ki, 2020-ci ilin noyabrında bölgədə münaqişə dayanandan sonra, ümumilikdə, vəziyyət sakitləşib və bu, ən başlıca məsələdir ki, insanlar həlak olmurlar, inkişaf üçün imkanlar var.

AzPolitika.info

Şərhlər

OQTAY 2021-02-02 11:22:46

Caqqallar,kabanlara minetdar olmalidir ki,tam qirilmadi!!!Kabanlarda,Boz Qurda minetdar olmalidir ki,helelik gezirler istedikleri yerde,muveqeti olaraq!!!

Hellas 2021-02-02 09:47:04

Cenab Medved qarshi terefde kursude fiqura oturanda ayilarda filiqran dans edir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol